加载中…加载中…

Murad 2-ci Qarabağ müharibəsi iştirakçısı və geniş dağçılıq təcrübəsinə malik peşəkar bələdçidir. O, ölkə daxilində bir çox 4 minlik zirvəni fəth edib. Ölkə xaricində isə Lenin zirvəsi (7134 m) və Xan Tenqri (7010 m) kimi 7 minlik zirvələrə yüksəlib. Bundan əlavə Elbrus, Kilimancaro, Damavend, Ağrı dağı və Kazbek kimi məşhur zirvələri də fəth edib. Döyüşdə qazandığı nizam-intizam, dözümlülük və soyuqqanlılıq ona ən çətin şəraitdə belə düzgün qərar verməyə imkan verir. Zəngin dağ təcrübəsi və yüksək məsuliyyət hissi ilə turların təhlükəsiz və peşəkar şəkildə həyata keçirilməsində mühüm rol oynayır.
该向导目前暂无已排期的行程。
暂无评价。