📆 25 Oktyabr gedirik Əmbil gölünə 🍁 📌 Əmbil gölü Şabran rayonu mərkəzindən 30-35 km məsafədə yerləşən qədim Zeyvə kəndi yaxınlığındadır. Mütləq hündürlüyü 927 metr, diametri isə təxminən 150 metrdir. Sıx meşəliklə əhatə olunan gölə ilin dörd fəslində təbiət yürüşləri təşkil olunur. Bu göl hər fəsildə çox mistik olur, meşə içi yolu isə insanda heyrətamiz təəssüratlar buraxır. Tur asan dərəcəlidir. Təbiət yürüşlərinə başlamaq istəyənlər üçün əla fürsət ola bilər Tur programı: 06:30 20 Yanvar m/st (Bravonun qarşısı) toplanış 07:00 Şabrana (Zeyvə kəndinə) doğru yola çıxırıq 10:30 Dağ maşını ilə yola düşürük 11:00 Yürüyüşə hazırlıq və yürüyüşə başlayırıq 13:00 Əmbil gölünə çatırıq 14:30 Əmbil gölündən geri dönüş 15:00 Zeyvə kəndinə dönüş (Dağ maşını) 15:30 Yemək fasiləsi (kənd evində) 17:30 Bakıya doğru yola çıxırıq 20:00 Bakıya çatırıq Qiymətə daxildir: - Komfortlu nəqliyyat (Bakı-Şabran-Bakı) - Dağ maşını - Nahar yeməyi (kənd evində) - Çay süfrəsi - Bələdçilər - Foto və Video çəkilişlər İştirakçıda olmalıdır : - Bel çantası - Su ehtiyatı - Atışdırmalıq (çərəz, snigers və s.) - Yürüş üçün rahat geyim - Şəxsi gigyenik ləvazimatlar - Ehtiyat geyim, corab - Bot Geyim üçün icarə məhsullarını @dagchi_shop -dan əldə edə bilərsiniz 📞 Qeydiyyat və ətraflı məlumat üçün : (+994) 51 399 98 69 (WhatsApp, zəng) Qeyd 1. Qeydiyyatdan keçib ödəniş etdikdən sonra yürüyüşdən imtina olunarsa, ödəniş geri qaytarılmır. Spirtli içki qadağandır! Qeyd 2. Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ya ləğv etmə haqqına malikdir (ödəniş geri qaytarılır).
خروجی مترو ۲۰ ژانویه، روبروی هایپرمارکت براوو
پیشنهادهای تجهیزات و پیادهروی متناسب با سطح تجربه شما
تا حالا در چند پیادهروی شرکت کردهاید؟
لغو این تور ممکن نیست
برنامههایتان انعطاف داشته باشد — جای خود را بگیرید و امروز چیزی نپردازید.
نوشتههای مفصل ما درباره مسیر، فصل و آمادهسازی



