İvanovkanı bütün ruhu ilə hiss etmək üçün pedalları fırladıb kəndin sakitliyinə dalmaq kifayətdir. İsmayıllının bu məşhur guşəsində velosiped sürmək vərdiş etdiyimiz marşrutlardan tamamilə fərqli bir duyğu bəxş edir. Budaqların altından, gen-bol tarlalardan və səliqəli həyətlərin yanından tələsmədən keçərək kəndin özünəməxsus yaşam ritmini tuta bilərsiniz. Həm hərəkətdə olmaq, həm də rahatlıq tapmaq istəyənlər üçün İvanovka ideal seçimdir. Bu unikal kəndi velosipedlə, tələsmədən kəşf etməyə dəyər. Nə deyirsiniz, yola çıxaq? Velotur məsafəsi: 8-12 km Velotur müddəti: 2 saat
Gənclik Metrosunun çıxışı, Atatürk parkının qarşısı
Nurlana SüleymanovaBələdçi4.9(7 qiymətləndirmə)2 illik dağ bələdçiliyi təcrübəsi var. Fəaliyyətə Gedək Görək ilə başlamış və davam etdirir. Qış turizmində xizək üzrə də turlara rəhbərlik edir. Xizək, SUP board, qaçış, qayadırmanma və divar dırmanması üzrə də aktiv fəaliyyətləri mövcuddur. Çoxşaxəli hobbiləri və marketinqdən gələn yaradıcı tərəfi , gözəl kontentləri ilə turları zənginləşdirir.
Ruslan MəmmədovBələdçi5.0(12 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi aktTam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl və Tovuz — üzüm zonaları marşrutlarla eyni yolların üstündədir. Səfərə necə əlavə etmək olar.
Meşə cığırları, yayla və Babadağ mənzərəsi. Niyaldağ — bir günlük zirvə istəyənlər üçün İsmayıllının ən dolğun marşrutlarından biri.

İsmayıllının Sulut kəndindən başlayan 12 kilometrlik marşrut: 1810 metrlik zirvə, qədim qəsr qalıqları və Buzxana.



