Yüklənir…Yüklənir…
Ölkənin ən kreativ və əyləncəli xizək komandasına qatıl ⛷ Bu tur həm yeni başlayanlar və ilk dəfə bu adrenalin dolu təcrübəni yaşamaq istəyənlər, həmçinin də təcrübəli xizək və snouborçular üçündür. Təcrübəli komanda üzvlərimiz tərəfindən ilk dəfə qatılan iştirakçılara qısa təlimat və başlanğıc ərazisində məlumatlandırma verilir, ilkin tanışlıq göstərilir. Həmçinin, turumuza qatılan iştirakçılara əksər xizək avadanlıqları icarəsi üçün endirim əldə edilir. Bu təcrübəni qaçırma!
Sərbəst sürmə
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Nurlana SüleymanovaBələdçi4.9(7 qiymətləndirmə)2 illik dağ bələdçiliyi təcrübəsi var. Fəaliyyətə Gedək Görək ilə başlamış və davam etdirir. Qış turizmində xizək üzrə də turlara rəhbərlik edir. Xizək, SUP board, qaçış, qayadırmanma və divar dırmanması üzrə də aktiv fəaliyyətləri mövcuddur. Çoxşaxəli hobbiləri və marketinqdən gələn yaradıcı tərəfi , gözəl kontentləri ilə turları zənginləşdirir.
Cavid İbadzadəTəşkilatçı, Bələdçi5.0(7 qiymətləndirmə)Cavid komandanın təşkilatçılıq üzrə ən güclü qoludur. Turların koordinasiyası, tur proqramları onu digərlərindən fərqləndirən bacarığıdır. Uzun illərdir dağlara sadəcə hobbi üçün gedən Cavid, son 1 ildir ki, artıq komanda da bələdçilik ilə də məşğuldur. Qış zamanı snowboard üzrə təlimatlandırma və bələdçilik edir. Əsasən orta və uzun məsafəli yürüşlərdə iştirak edir. İntellektual oyunları, velosiped sürməyi, qaçmağı, fitnessə getməyi, dostlarıyla görüşməyi, stolüstü tennis oynamağı - hamısını eyni zamanda apara bilən nadir insanlardandır. İngilis dilini bilir. Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.



