Gotabiat yerli tur təşkilatçılarını səyahət etmək istəyən insanlarla birbaşa qovuşduran platformadır. Dağ yürüşü, zirvə çıxışı, kamp, offroad və beynəlxalq turlar — hamısı bir yerdə, real qiymətlər və real təşkilatçı profilləri ilə.
Azərbaycanda açıq hava turizmi uzun illər dağınıq sosial şəbəkə qruplarında qalıb: qiymət soruşmaq üçün yazışmaq, marşrutu təxmin etmək, təşkilatçının kim olduğunu bilməmək. Biz bu prosesi şəffaf etmək istəyirik — hər turun proqramı, çətinlik səviyyəsi, qiymətə nə daxildir və kim aparır, əvvəlcədən görünsün.
Hər turda gündəlik proqram, çətinlik, yaş həddi, qiymətə daxil olanlar və görüş yeri göstərilir. Gizli xərc yoxdur.
Turları vasitəçi yox, marşrutu öz ayağı ilə gəzən yerli komandalar aparır. Hər təşkilatçının öz profili və bələdçi heyəti var.
Turlar yerləşdirilməzdən əvvəl yoxlanılır; marşrut xəritəsi, hündürlük profili və hazırlıq təlimatları paylaşılır.
Sorğunuz təşkilatçıya birbaşa çatır, cavab gecikəndə isə bizim dəstək komandamız araya girir.
Gotabiat sizə turları yerləşdirmək, tarix və yer sayını idarə etmək, sorğuları bir paneldən izləmək və öz ictimai profil linkinizi paylaşmaq imkanı verir. Platformaya qoşulmaq üçün bizimlə əlaqə saxlayın.
Operator kimi qoşul