Son yenilənmə: 27.10.2026
Bu siyasət Gotabiat platformasının (sayt və mobil tətbiqlər) hansı fərdi məlumatları topladığını, niyə topladığını, kimlərlə paylaşdığını, nə qədər saxladığını və necə qoruduğunu izah edir. Məlumatlar Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa uyğun emal olunur.
Rezervasiya və sorğu: ad, telefon nömrəsi, iştirakçı sayı, iştirakçıların adları və nömrələri, seçilmiş tur, tarix, məbləğ və ödəniş üsulu.
Müştəri hesabı: ad, soyad, e-poçt, telefon, şifrə (yalnız geri açılmayan hash şəklində), profil şəkli; könüllü olaraq doğum tarixi, cins və ölkə. Google və ya Apple ilə girişdə həmin xidmətin verdiyi identifikator və e-poçt.
Bonus və dəvət: tülkü balansı və əməliyyatları, istifadə olunan promokod və dəvət linki.
Tur təşkilatçıları, bələdçilər və mağazalar: ad, şirkət adı, e-poçt, telefon, profil şəkli, Telegram bildiriş çatı.
Avadanlıq icarəsi və səyahət sığortası: icarə və ya sığorta üçün tələb olunan əlaqə və şəxsiyyət məlumatları, ödəniş qəbzi.
Rəylər, mesajlar və sosial lent: yazdığınız rəy, göndərdiyiniz mesaj, səs, şəkil, video və istəyinizlə paylaşdığınız yer.
Texniki məlumatlar: cihaz və brauzer növü, tətbiq versiyası, bildiriş tokeni, baxılan səhifələr, axtarış sorğuları, xəta jurnalları.
Rezervasiyanı və sorğunu aid tur təşkilatçısına çatdırmaq, turu icra etmək və ödənişləri uçota almaq üçün.
Hesabınızı yaratmaq, girişi qorumaq və təkrar rezervasiyada formanı sizin üçün doldurmaq üçün.
Bonus, dəvət, ad günü endirimi kimi sadiqlik proqramlarını işlətmək üçün.
Tur dəyişiklikləri, təsdiq kodları və tur sonrası rəy xatırlatması göndərmək üçün.
Saxta rezervasiyaların və sui-istifadənin qarşısını almaq, platformanı təkmilləşdirmək üçün.
Yalnız işimiz üçün lazım olan məlumatı toplayırıq; könüllü sahələri boş saxlaya bilərsiniz.
Tur təşkilatçısı: rezervasiya etdiyiniz turun icrası üçün lazım olan əlaqə və iştirakçı məlumatları.
Xidmət təminatçıları, yalnız öz funksiyaları üçün: Telegram (təşkilatçıya rezervasiya bildirişi), e-poçt göndərmə xidməti, Microsoft Clarity (saytdan istifadə analitikası), Google Gemini (tur, rəy və bloq mətnlərinin tərcüməsi), Cloudflare (saytın təhlükəsiz çatdırılması), Google və Apple (sosial giriş), sığorta şirkəti (sığorta seçdikdə).
Məlumatlarınız reklam məqsədilə üçüncü tərəflərə satılmır.
Qanunla tələb olunduğu hallarda səlahiyyətli dövlət orqanlarına açıqlana bilər.
Zəruri kukilər: giriş sessiyası (HttpOnly kuki), dil seçimi, tanış cihazda forma doldurma, dəvət linkinin qeydi.
Analitik kukilər (yalnız kuki panelində "Qəbul et" seçsəniz): Microsoft Clarity saytdakı hərəkəti (kliklər, sürüşdürmə) anonim şəkildə qeyd edir ki, çətin yerləri görüb düzəldək. Tur təşkilatçısı və admin panelləri ölçülmür.
Kukiləri brauzer ayarlarından silə və ya bloklaya bilərsiniz; zəruri kukilər bloklananda giriş işləməyə bilər.
Səhifə baxışı və forma addımları kimi analitika qeydləri 180 gündən sonra avtomatik silinir.
Rezervasiya və ödəniş qeydləri mühasibat və mübahisələrin həlli üçün qanunvericiliyin tələb etdiyi müddət saxlanılır, sonra silinir və ya anonimləşdirilir.
Hesab məlumatları hesab aktiv olduğu müddətdə saxlanılır; hesabı sildikdə şəxsi məlumatlar silinir və ya anonimləşdirilir.
Bütün əlaqə HTTPS (TLS) ilə şifrələnir.
Şifrələr və təsdiq kodları geri açılmayan hash şəklində saxlanılır; heç kim, o cümlədən biz, şifrənizi görə bilmir.
Məlumat bazasına və serverlərə giriş məhdud işçi dairəsi ilə, səlahiyyət bölgüsü və əməliyyat jurnalı ilə idarə olunur.
Sizinlə bağlı saxlanılan məlumatı öyrənmək, düzəltmək, surətini almaq və ya silinməsini tələb etmək hüququnuz var.
Profil məlumatlarını hesabınızda özünüz dəyişə, hesabı "Hesabı sil" səhifəsindən silə bilərsiniz.
E-poçt xatırlatmalarından məktubdakı link ilə imtina edə bilərsiniz.
Müraciət üçün: .
Bu siyasət dəyişdikdə yeni mətn bu səhifədə yenilənmə tarixi ilə dərc olunur.