Aviaşirkətlərdəki "mil" məntiqi, sadəcə piyada: turda nə qədər məsafə getmisinizsə, o qədər tülkü qazanırsınız. Yığılan tülkü növbəti rezervasiyanızda birbaşa manat endirimi olur.
Tülkü nə xüsusi kart, nə də tətbiq tələb edir: nömrənizlə rezervasiya edirsiniz, balans da elə həmin nömrədə yığılır. Balansı GÖRMƏK və XƏRCLƏMƏK üçün isə pulsuz hesab lazımdır — ilk rezervasiyanızdan sonra hesab özü açılır, siz sadəcə e-poçtunuzu təsdiqləyirsiniz. Endirim virtual "xal" deyil: 1 tülkünün sabit manat qarşılığı var və ödəniləcək məbləğdən birbaşa çıxılır.
Marşrutu olan tura rezervasiya edin. Ödəniş təsdiqləndikdən və tur başa çatdıqdan sonra tülkü balansınıza düşür.
Hesabınıza daxil olun və növbəti rezervasiyada öz nömrənizi yazın — balansınız dərhal görünür. Tətbiq yükləmək lazım deyil.
Ödəniş addımında "istifadə et" seçin — endirim həmin anda məbləğdən çıxılır. SMS və ya WhatsApp kodu yoxdur: sahiblik hesabınızla təsdiqlənir.
Yalnız məsafə deyil, dırmanma da sayılır: hər 100 metr yüksəliş 1 kilometr kimi qiymətləndirilir. Beləcə qısa, amma dik zirvə yürüşü uzun düzənlik gəzintisindən az qazandırmır. Məsafə və yüksəliş turun GPS trekindən oxunur — gözəyarı yazılmır, ona görə eyni tur hər kəsə eyni tülkü verir.
Nümunə hesablama
(6.1 km + 1148 m ÷ 100) × 10 = 176 🦊
Yəni bir nəfər üçün 176 tülkü — təxminən 1.76 ₼ endirim.
Tülkü ödənilmiş HƏR yer üçün ayrıca yazılır: 3 nəfərlik rezervasiyada balansınıza üç dəfə çox tülkü düşür. Rezervasiyanı kimin adına etməyinizin fərqi yoxdur — tülkü rezervasiyadakı nömrəyə yazılır.
Əmsalları hər təşkilatçı özü təyin edir, ona görə rəqəmlər fərqli ola bilər.
| Təşkilatçı | 1 km | 1 ₼ endirim | Maks. endirim | Uyğun tur |
|---|---|---|---|---|
| Gedək Görək MMC | 10 🦊 | 100 🦊 | 30% | 23 |
| Nature Discovery Azerbaijan | 10 🦊 | 100 🦊 | 30% | 9 |
| stepbystep | 10 🦊 | 100 🦊 | 30% | 0 |
| HappySteps.az | 10 🦊 | 100 🦊 | 30% | 0 |
| peaksandtrails.az | 10 🦊 | 100 🦊 | 30% | 0 |
| SupAzerbaijan | 10 🦊 | 100 🦊 | 30% | 0 |
Xeyr. Balans telefon nömrənizə bağlıdır. Rezervasiya formasında nömrənizi yazmağınız kifayətdir — şifrə, tətbiq və ya plastik kart yoxdur.
Tülkü turun elan olunmuş marşrutuna görə hesablanır, real addımlarınız izlənmir. Ödəniş təsdiqlənib tur keçirilibsə balans yazılır.
Bəli — ödənilmiş hər yer tülkü qazandırır və hamısı rezervasiyadakı nömrəyə düşür.
Turdan qazandığınız tülkü — xeyr, o yalnız həmin təşkilatçının turlarında işləyir. Gotabiat tülküsü (promokod və kamp yeri mükafatları) isə bütün təşkilatçılarda keçərlidir.
Yox. Ləğv olunan rezervasiyada həm tutulan endirim balansa qayıdır, həm də həmin gediş üçün yazılmış qazanc silinir.
Rezervasiya formasına nömrənizi yazan kimi balans görünür. Tanış cihazdan girəndə ad və nömrə özü dolur, yad cihazda isə yalnız maskalanmış ad göstərilir.