Səyahət, idman, əyləncə və daha çoxu — kəşf edilməyi gözləyən yüzlərlə təcrübə.



Tədbirlər bölməsi açıq havada deyil, zalda, kafedə və klubda keçən proqramları toplayır: quiz gecələri, speaking club və dil mübadiləsi, stolüstü oyun və mafia axşamları, kinogecələr, master-klasslar və kurslar, stend-ap və konsertlər. Bunların çoxu təkrarlanan cədvəllə işləyir — hər həftə eyni gün, eyni saatda.
Hər elanı Gotabiat-da qeydiyyatdan keçmiş klub və ya təşkilatçı özü yerləşdirir. Kartın üzərində tarix və saat, format və məkan görünür; qeydiyyat birbaşa təşkilatçıya düşür. Bəzi tədbirlərə fərdi, bəzilərinə isə masa (komanda) ilə yazılırsınız.
Quiz, stolüstü oyun, mafia və kinogecələr adətən həftəiçi axşam saat 19:00–20:00 arasında başlayır və 2–3 saat çəkir. Quiz gecələrində qeydiyyat komanda ilə olur: bir masa 4–6 nəfərlikdir və bütöv satılır. Komandanız yoxdursa, bir çox klub sizi digər iştirakçılarla birləşdirir.
Speaking club və dil mübadiləsi görüşlərində tədbirin dili və tələb olunan səviyyə elanda açıq yazılır. Master-klass və kurslar bir neçə dərsdən ibarət ola bilər — belə halda qeydiyyat tək tarixə yox, bütün seriyaya olur, material və sertifikat isə «qiymətə daxildir» bölməsində göstərilir.
Bəzi tədbirlər Zoom, Google Meet və ya Discord üzərindən keçirilir. Qoşulma linki ictimai səhifədə göstərilmir — qeydiyyatınız təsdiqləndikdən sonra sizə göndərilir. Hibrid formatda həm zalda, həm onlayn yer sayı ayrıca göstərilir.
Bəli. Bir çox klub tək gələnləri natamam komandalara qoşur. Elanda «fərdi qeydiyyat» yazılıbsa, nəfər başı yazılırsınız; «masa» yazılıbsa, komandanız üçün bütöv masa tuturssunuz.
Adətən 4–6 nəfər. Dəqiq hədd hər tədbirin öz səhifəsində göstərilir və qeydiyyat forması bunu yoxlayır.
Tədbirdən asılıdır: klub gecələrində çox vaxt 1 içki və oyun materialları, master-klasslarda material və sertifikat. Hər səhifədə «qiymətə daxildir / daxil deyil» bölməsi var.
Əksər tədbirlərdə xeyr — yeri ödənişsiz tuta bilərsiniz. Təşkilatçı m10 ödənişi açıbsa, ödəniş düyməsi tədbir səhifəsində görünür.
Səhifədə həmin seriyanın bütün yaxın tarixləri sıralanır — hansına yazıldığınızı özünüz seçirsiniz. Yalnız seçdiyiniz tarix üçün yer tutulur.