Haqqımızda
Tentastic Tour — 2022-ci ildən fəaliyyət göstərən, səyahət və macəra həvəskarlarını bir araya gətirən turizm şirkətidir. Bizim üçün səyahət sadəcə bir məkana getmək deyil — yeni insanlar tanımaq, fərqli yollar kəşf etmək və yadda qalan təcrübələr yaşamaqdır.
Fəaliyyətimizin əsas istiqamətlərindən biri Azərbaycanda hiking, trekking, camping və müxtəlif bölgələrə təbiət turlarının təşkilidir. Azərbaycanın həm məşhur, həm də az kəşf edilmiş guşələrini iştirakçılarımıza fərqli marşrutlarla tanıtmağa çalışırıq.
Komandamızda təlim keçmiş və təcrübəli bələdçilər fəaliyyət göstərir. Turlarımızda təhlükəsizlik, nizam-intizam və peşəkarlıq əsas prinsiplərimizdən olmaqla yanaşı, səyahətin ən vacib hissələrindən biri olan əyləncəni və xoş atmosferi də unutmuruq.
Tentastic Tour olaraq yalnız daxili turlarla məhdudlaşmırıq. Xarici turların təşkili, aviabilet və otel rezervasiyası, viza dəstəyi və digər səyahət xidmətləri ilə səfərinizi planlama prosesini sizin üçün daha rahat və əlçatan edirik.
Bizimlə tanış olmaq və səfərinizi planlamaq üçün ofisimizə də yaxınlaşa bilərsiniz.
📍 Ünvan:28 May, Dillər Universiteti ilə üzbəüz, AF City Plaza, 9-cu mərtəbə, 16-cı otaq
Tentastic Tour — yola çıxmaq üçün səbəb, xatırlamaq üçün hekayə.