
**Kamil | Bələdçi** Kamil 2024-cü ildən etibarən Tentastic Tour şirkətində bələdçi kimi fəaliyyət göstərir və komandamızın ən təcrübəli bələdçilərindən biri hesab olunur. İştirakçılarla səmimi münasibəti, diqqətcilliyi və tur planına qarşı məsuliyyətli yanaşması ilə seçilir. Son iki il ərzində ölkənin 2500 metrədək yüksəklikdə yerləşən hiking cığırlarının təxminən 90%-də iştirakçılara bələdçilik edib. Bununla yanaşı, yeni marşrutların kəşfi və kəşfiyyat xarakterli səfərlərimizdə də fəal iştirak edib. Kamil iştirakçıların təhlükəsizliyini hər zaman ön planda tutur. İlkin tibbi yardım, coğrafi biliklər, vəhşi heyvanlardan qorunma və zəhərli göbələklərin tanınması ilə bağlı təlimlər keçib. Amma Kamilin bir başqa istedadı da var — **çox dadlı dovğa bişirir!** 😄 İki günlük turlarımıza qoşulsanız, bəlkə də onun hazırladığı dovğanın dadına baxmaq fürsətiniz oldu. 😉
Hələ rəy yoxdur.