🍁Qızıl Əmbil gölü yürüşü , Şabran Şabranın Zeyvə kəndində yerləşən bu göl hər fəsildə çox mistik olur 🫠. Meşə içi yolu isə insanda heyrətamiz təəssüratlar buraxır 🍁 🗓️17 oktyabr - 🗓️18 oktyabr - 🗓️24 oktyabr - 🗓️25 oktyabr - Çətinlik: Asan 08:00- Toplanış (20 Yanvar Bravo market) 08:00-10:30 Bakı – Şabran – Zeyvə 10:30-11:00 Zeyvə - Səməd bulağı (Dağ maşını ilə) 11:00 -13:30 Səməd bulağı- Əmbil gölü 13:30-14:00 – Nahar 14:30-17:00 – Əmbil gölü – Zeyvə kəndi 17:00-18:00 - Çay süfrəsi 17:00-20:00 - Şabran-Bakı GƏRƏKLİ LƏVAZİMATLAR: - Bel çantası - Yürüyüş üçün ayaqqabı və çubuq (uzunboğaz olması məsləhətdir) - Dəyişik geyim - Gün eynəyi - Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.) 💵Turun 1 nəfər üçün qiyməti: 45 AZN ✅QİYMƏTƏ DAXİLDİR: -Komfortlu Nəqliyyat (Bakı-Şabran-Bakı) -Dağ maşını (Qaz66) -Peşəkar bələdçi -Kənd evində çay süfrəsi Detallı məlumat və qoşulmaq üçün bizə yaz: +994 70 794 91 91 (NDA) 💚 #nda #sabran #embil
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız




Əmbil gölü Şabran rayonunda, meşə içində yerləşən kiçik və sakit göldür. Bakıdan nisbətən yaxın olduğu və marşrutun asanlığı səbəbindən ailələr, uşaqlı qruplar və yürüşə yeni başlayanlar üçün ən uyğun təbiət yerlərindən biridir.
Əmbil gölü: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.