Əmbil gölü Şabran rayonunda, meşə içində yerləşən kiçik və sakit göldür. Bakıdan nisbətən yaxın olduğu və marşrutun asanlığı səbəbindən ailələr, uşaqlı qruplar və yürüşə yeni başlayanlar üçün ən uyğun təbiət yerlərindən biridir.
Göl sıx meşə ilə əhatələndiyi üçün yayın isti günlərində də burada sərin olur. Ağacların kölgəsində gəzinti, göl kənarında piknik və sakit su səthində SUP (ayaq üstə avar çəkmə) Əmbilin əsas cazibələridir.
Burada üç növ fəaliyyət təşkil olunur: meşə yürüşü (göl ətrafında və meşə cığırlarında), gecəli kamp (çadırda, tonqal yerində) və SUP turları. Hər biri fərqli təşkilatçı tərəfindən keçirilə bilər — aşağıdakı müqayisə cədvəlində hamısı birlikdə göstərilir.
Kamp üçün Əmbil xüsusilə yaxşıdır, çünki marşrut qısadır və ağır çantanı uzun məsafəyə daşımaq lazım gəlmir. Gecə ulduzlu səma və meşənin səsləri şəhərdən qaçmaq istəyənlər üçün əsl istirahətdir.
Zibili geri aparmaq, tonqalı yalnız icazəli yerdə qalamaq və meşəni qorumaq hər qonağın borcudur.
Digər adları: Embil golu, Əmbil

Hazırda açıq tarix yoxdur. Aşağıdan yeni tarix çıxanda xəbər almağa yazıla bilərsiniz.
Əmbil gölü üçün yeni tarix çıxanda xəbər verək?
Tam interaktiv xəritə və GPX faylı tur səhifəsindədir.
Gullu Ibrahimova ★★★★★
SUP-ın bu qədər maraqlı və zövqlü olacağını heç gözləmirdim, dəhşət bəyəndim 🫠 Göldə ağacların əksi suya düşdüyü üçün hər tərəf yamyaşıl görünürdü və o mənzərənin içində SUP sürmək tamam ayrı zövq idi 🌿🏄♀️ Bələdçilərimiz Cavid və Gülşənə, həmçinin SUP təlimçilərimizə təşəkkür edirəm 🫶🏻
Gedək Görək
Aida Hüseynova ★★★★★
Mən bu gəzintini çox bəyəndim. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçılar, bələdçilər çox məsuliyyətli, eyni zamanda da qayğıkeş və səmimi idilər. Çox maraqlı, əyləncəli , rəngli bir gün keçirdim. Səhər avtobusla gedərkən çay və kofe servisi də olsaydı lap əla əlardı 😊. Hər şey üçün təşəkkür edirəm Gedəkgörək komandasına 🥰
Gedək Görək
Nigar Seyidova-Tagizada ★★★★★
Hikinh zamanı bələdçilər strick qayda ilə düzəldilər və qrupu çox nizamlı şəkildə təyyinat nöqtəsinə çatdırdılar. Həm tez həm yavaş qalxanlara lazımi köməkliyi və diqqəti əsirgəmədilər.
Gedək Görək
Aynur Seyid ★★★★★
Gedək-Görək ilə ilk hiking təcrübəm idi və bu son olmayacaq🫠 Həm bələdçilər həm də iştirakçılarla çox xoş və əyləncəli vaxt keçirdim. Hər şey 10/10luq idi☀️ Əsasən də SUP təcrübəsi çox möhtəşəm idi🏄🏻♀️
Gedək Görək
Sevil Hasanova ★★★★★
Salam.Birinci səfər idi hikinqə qoşulurdum. Ortam çox gözəl idi. Bələdçilər və təlimatçilar çox mehriban və yardimsevərdilər.Təşəkkürlər gözəl gün üçün❤️
Gedək Görək
Nurcan Hacıyeva ★★★★★
Tur mükəmməl idi. İçində bu tərz bir fəaliyyətin olması turu ekstra maraqlı və əyləncəli etmişdi. Bu sayədə ilk dəfə SUP yoxladım və mütləqki təkrarlayacağam. Növbəti turlarda da bu kimi fərqli aktivitelər görmək istərdim. Təşkilatçılıq əla!! Bələdçilər və SUP təlimçilərinə səmimi ortam üçün təşəkkürlər.
Gedək Görək
Yürüş və kamp üçün may–oktyabr, SUP üçün isə suyun və havanın isti olduğu iyun–sentyabr ən uyğun dövrdür.
Bəli, marşrut qısa və asandır. Yaş məhdudiyyəti varsa, turun səhifəsində göstərilir.
Xeyr, avadanlıq və qısa təlimat təşkilatçı tərəfindən verilir. Üzməyi bilməyənlər bunu əvvəlcədən bildirməlidir; xilas jileti adətən verilir.
Çadır, yataq çantası və matras (təşkilatçı vermirsə), isti geyim — meşədə gecə sərin olur, fənər, həşərat əleyhinə vasitə, su və yemək.
Əmbil gölü Şabran bölgəsindədir. Marşrutun başlanğıcı Bakıdan düz xətt üzrə təxminən 125 km şimal-qərbdə yerləşir. Koordinatlar: 41.15854, 48.7355.
Yürüş marşrutu 1.5 km, ümumi yüksəliş +289 m, ən hündür nöqtə 930 m. Rəqəmlər bələdçili turun real GPX trekindən hesablanıb.
Ən rahat yol bələdçili qrup turudur — nəqliyyat və marşrut təşkilatçının üzərindədir. Hazırda 3 turdan seçmək olar.