Niyaldağın meşəli yamacları boyunca Tağlabiyan kəndindən qədim Lahıca uzanan bu marşrutda dağ havası, mənzərəli cığırlar və sakit kənd həyatı sizi gözləyir. Yürüş orta çətinlikdədir və təbiətdə dolu bir gün keçirmək istəyənlər üçün ideal seçimdir. Gün sonunda Lahıcın daş küçələrində gəzmək imkanınız da olacaq. 📍 TURUN PROQRAMI 🕡 06:30 — Toplanış (Gənclik m.s 200 n məktəb və 20 Yanvar, Bravo market) 🚌 07:00–10:30 — Bakı → Tağlabiyan 🥾 11:00–14:00 — Tağlabiyan kəndindən yürüşün başlanğıcı ☕ 14:00–14:30 — İstirahət və nahar fasiləsi 🥾 14:30–17:00 — Lahıc kəndi istiqamətində yürüş 🚌 18:00–21:00 — Lahıc → Bakı Qeyd: Yürüş müddəti və Bakıya dönüş vaxtı təxminidir, qrupun sürətindən asılı olaraq dəyişə bilər. 🎒 GƏRƏKLİ LƏVAZİMATLAR Bel çantası (20–35 l) Küləkkeçirməz geyim Yürüş çubuqları Rahat yürüş ayaqqabısı (boot) Havaya uyğun eynək, papaq və s. Əlavə geyim Şəxsi əşyalar və gigiyena vasitələri Tozluq Alın fənəri ⚠️ Zəruri qida və su ehtiyatınızı özünüzlə götürməyiniz xahiş olunur. 💰 QİYMƏT: 55 AZN (1 nəfər üçün) Qiymətə daxildir: ✅ Komfortlu avtobus (Bakı–Tağlabiyan, Lahıc–Bakı) ✅ Çay fasiləsi ✅ Təbiət bələdçisi 📞 Qeydiyyat üçün: +994 70 794 91 91
Gənclik metrosu ( "200 Nömrəli Tam Orta Məktəb-Lisey Kompleksi"-nin qarşısı )
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.
Nurlan XudazarovAlpinist, BələdçiNurlan komandanın təsisçisi və 10 ildən artıq təcrübəyə malik peşəkar bələdçisidir. O, ölkə daxilində bir çox yeni marşrutların kəşf olunmasında, qurulmasında və tanınmasında bilavasitə iştirak edərək yerli dağçılıq və hiking mədəniyyətinin inkişafına böyük töhfə verib. Yüksək təhlükəsizlik anlayışı, zəngin təbiət təcrübəsi və liderlik bacarığı ilə həm turların peşəkar idarə olunmasında, həm də komandanın gələcək vizyonunun formalaşmasında əsas rol oynayır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
Meşə cığırları, yayla və Babadağ mənzərəsi. Niyaldağ — bir günlük zirvə istəyənlər üçün İsmayıllının ən dolğun marşrutlarından biri.
Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl və Tovuz — üzüm zonaları marşrutlarla eyni yolların üstündədir. Səfərə necə əlavə etmək olar.

İsmayıllının Sulut kəndindən başlayan 12 kilometrlik marşrut: 1810 metrlik zirvə, qədim qəsr qalıqları və Buzxana.




Niyaldağ İsmayıllı rayonunda, Böyük Qafqazın cənub yamaclarında uzanan meşəli dağ silsiləsidir. İsmayıllı şəhərinin şimalında yüksələn bu silsilə bölgənin mənzərəsini formalaşdırır.
Niyaldağ: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.