🍄 Bu dəfə meşəyə sadəcə gəzməyə yox, bir az da kəşf etməyə gedirik Xanbulanda payız meşəsinin içində göbələk axtarışına çıxırıq. 🌿 Meşədə gəzərkən qarşımıza çıxan göbələkləri öyrənəcək, günün sonunda isə topladıqlarımızı alim-mikoloq Elgün Mustafabəylidən hansı növ olduğunu öyrənəcəyik. Üstəlik, göl kənarında dincəlmək, çay içmək və payız havasından zövq almaq üçün də vaxtımız olacaq. 🤎 İstər Tək, istər dostlarınız və ailənizlə - hətta uşaqlarınızla qoşula bilərsiniz, heç bir təcrübə tələb edilmir 🕖 07:00 — Bakıdan çıxış 🕥 10:30 — Xanbulan 🍄 Göbələk axtarışı + təlimatlandırma 🔎 13:00–15:00 — Toplanan göbələklərin araşdırılması 🌿 Göl ətrafında asudə vaxt + çay 🕠 17:30 — Bakıya dönüş 🕣 20:30 — Bakı Qiymətə nəqliyyat, bələdçi, çay süfrəsi, göbələk yığmağa qab və Mikoloq tərəfindən təlimatlandırma daxildir. Sualınız varmı? Tək iştirak etmək istəyirsiniz turda?
Gənclik metrosu ( "200 Nömrəli Tam Orta Məktəb-Lisey Kompleksi"-nin qarşısı )
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Nurlana SüleymanovaBələdçi4.9(7 qiymətləndirmə)2 illik dağ bələdçiliyi təcrübəsi var. Fəaliyyətə Gedək Görək ilə başlamış və davam etdirir. Qış turizmində xizək üzrə də turlara rəhbərlik edir. Xizək, SUP board, qaçış, qayadırmanma və divar dırmanması üzrə də aktiv fəaliyyətləri mövcuddur. Çoxşaxəli hobbiləri və marketinqdən gələn yaradıcı tərəfi , gözəl kontentləri ilə turları zənginləşdirir.
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(6 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.
ƏsgərHiking Bələdçi5.0(5 qiymətləndirmə)Əsgər komandanın ən yeni üzvü olsa da, uzun zamandır gəzir və aktiv həyat tərzi ilə seçilir. Hikinglər, kamplar, zirvə yürüşləri, voleybol, qaçış, ölkə xaricindəki səyahətlər - hamısı ilə birlikdə enerjisi və təcrübəsi isə seçilir.
Gülşən RzayevaBələdçi5.0(11 qiymətləndirmə)Təbiət mənim ən böyük sığınacağımdır 😍. 4 ildir ki, haykinqlə məşğulam və dağlara xüsusi bir sevgim var. Aktiv həyat tərzini sevirəm; velosiped, xizək, tennis və bilyard əsas hobbilərim arasındadır. Gündəlik iş yorğunluğundan qurtulmaq və yenidən enerji toplamaq üçün haykinq və kempinq mənim üçün əvəzolunmazdır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Hər şey mükəmməl idi
Mikoloqun detallı və həvəslə məlumat verməsini çox bəyəndim. Eyni konsept fərqli regionlarda da keçirilsə, iştirak etməyi düşünürəm. Xanbulan gölü isə möhtəşəm idi ✨
3 uşağımla birlikdə qoşulmuşdum. Çox maraqlı keçdi, meşə olduqca gözəl idi. Uşaqlar hər dəfə göbələk tapanda sevinclərinin həddi-hüdudu yox idi. Sonda göbələklər haqqında çoxlu məlumat aldıq, ümumiyyətlə tur boyu bioloq çoxlu maraqlı faktlar danışdı. Nurlana və Gülşənə təşəkkür edirəm, haykinqdə bizə çox dəstək oldular. Uşaqlarla çox səmimi ünsiyyət qurdular, onların təhlükəsizliyini təmin edərək nəzarət etdilər. Qrup çox mehriban idi. Parlaq payız xatirələri üçün təşəkkürlər!
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
Hirkan meşələri buzlaq dövründən qalma relikt ağaclara ev sahibliyi edir. Asan marşrut, amma dünyada bənzəri az olan yer.
Hirkan meşələrində göbələk mövsümü, mikoloqla getməyin fərqi və "bilmədiyini yemə" qaydasının niyə müzakirəsiz olduğu.
Lənkəran–Astara zolağındakı Hirkan meşəsi Avropada çoxdan yox olmuş bitki növlərinin sağ qaldığı nadir ərazidir. Nə görmək olar və nə vaxt getmək lazımdır.



Xanbulan gölü Lənkəran rayonunda, Hirkan meşələrinin əhatəsində yerləşən su anbarıdır. Talış dağlarının ətəyindəki bu göl yaşıl meşələr fonunda sakit istirahət yeridir.
Bu turun marşrutu: 5.4 km marşrut, +242 m yüksəliş, ən hündür nöqtə 205 m.
Xanbulan gölü: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.