Bu trekking 2 günü əhatə edir. İlk gün bizi 17-18 km, cənub meşələri bpyunca və 3 kənd arası yol gözləyir. Kəndlərin birində dincəlmək və çay içmək üçün dayanacağıq. Gecələmə Sım kəndində, kənd evində olacaq. Burada axşam yeməyi və çay süfrəsi də olacaq. Səhər Sım kəndindən off-road nəqliyyat ilə Avyarud kəndinə və Şiçır şəlaləsinə yola düşəcəyik. Avyarud kəndinə dönüb yemək yeyib daha sonra Avyarud şəlaləsinə yürüş edəcəyik. Ortalama yürüş məsafəsi bu gün üçün də 16-18 km olacaq. Totalda bizi 35 km yürüş məsafəsi gözləyir. Uzun məsafə yürüşləri, meşə, palçıq, əsl macəra dolu yürüşə hazır olanlar qoşula bilər
Gənclik metrosu ( "200 Nömrəli Tam Orta Məktəb-Lisey Kompleksi"-nin qarşısı )
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
60 metrlik Şi, Dustaqxana və Şırhal, Avyarud, üstəlik 17.5 kilometrlik Sım–Siyov–Bəndəsər. Hansı marşrut sizin ayağınıza uyğundur?
Astaranın Digoli kəndindən dağ maşını ilə kamp ərazisinə. Mənzərəsi ilə seçilən bu kampda gecə nə gözləyir?




Avyarud şəlaləsi Astara rayonunda, Talış dağlarının ətəyindəki Hirkan meşələrində yerləşir. Astara Azərbaycanın ən cənub rayonudur: Xəzər sahili, çay plantasiyaları və rütubətli subtropik iqlimi ilə tanınır.
Bu turun marşrutu: 24.6 km marşrut, +1343 m yüksəliş, ən hündür nöqtə 1118 m.
Avyarud şəlaləsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.