📅 11 Oktyabr (10 Oktyabr 19:00 Bakıdan çıxışla) - Kəpəz zirvəsinə gedirik 🍃 📌 Kəpəz zirvəsində günəşin doğuşunu qarşılamaqla həyatınızın ən unudulmaz anlarından birini yaşamağa hazırsınız? 🌅🔥 3066 metr yüksəklikdə dayanaraq Göygöl və Maralgölün bənzərsiz mənzərəsini, Murovdağ silsiləsinin əzəmətini buludların üzərindən seyr edəcəyik. Bu, sadəcə növbəti bir marşrut deyil — ilk zirvə həyəcanını yaşamaq, dağların azadlığını hiss etmək və özünüzü kəşf etmək üçün mükəmməl fürsətdir. - Çətinlik dərəcəsi: orta - Ümumi məsafə: 6 km (gediş - dönüş) - Başlanğıc hündürlüyü: 2300 m Tur programı: 10 Oktyabr 19:00 20 Yanvar m/st (Bravonun qarşısı) toplanış 19:30 Yola çıxırıq 11 Oktyabr 01:00 - Toğana kəndində çatırıq 01:00 - 4*4 maşınlarla Kəpəzin ətəyinə doğru gedirik 03:00 - Yürüşə başlayarıq 05:30 - Zirvədəyik və günəşin çıxışını seyr edirik 07:30 - Zirvədən eniş 10:00 - 4*4 maşınlarla Toğana kəndinə gedirik 12:00 - Göygölə doğru yol alırıq 14:00 - Maragölə gedirik 16:00 - Nəqliyyatdayıq 16:30 - Bakıya çıxış 21:30 - Bakıdayıq Qiymətə daxildir: - Komfortlu nəqliyyat (Bakı-Toğana-Bakı) - Dağ maşınları - Göygöl və Maralgöl giriş biletləri - Çay süfrəsi - Bələdçilər - Foto və Video çəkilişlər İştirakçıda olmalıdır : - Bel çantası (min 30-45 lt) - Rahat hiking ayaqqabısı (Bot) - Yürüş çubuqları - Tozluq - Alın fənəri - Əlcək, papaq - Gün eynəyi - Gündən qorunmağa krem SPF 50+ - Yürüş üçün rahat geyim - Yağmurluq - Şəxsi gigyenik ləvazimatlar - Tur boyu yemək və su - Ehtiyat geyim, corab Geyim üçün icarə məhsullarını @dagchi_shop -dan əldə edə bilərsiniz 📞 Qeydiyyat və ətraflı məlumat üçün : (+994) 51 399 98 69 (WhatsApp, zəng) Qeyd 1. Qeydiyyatdan keçib ödəniş etdikdən sonra yürüyüşdən imtina olunarsa, ödəniş geri qaytarılmır. Spirtli içki qadağandır! Qeyd 2. Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ya ləğv etmə haqqına malikdir (ödəniş geri qaytarılır).
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Bu tur üçün ləğvetmə mümkün deyil
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Göygöl tək göl deyil — Maralgöl, Zəligöl və başqaları eyni hadisənin nəticəsidir. Kəpəz dağı ilə birlikdə bir günə necə sığır.

Gecə 21:00-da Bakıdan çıxış, 03:40-da yürüşün başlanğıcı, 06:30-da zirvə. Sonra Göygöl və Maralgöl. Bu gecə marşrutuna necə hazırlaşmalı?




Kəpəz dağı Kiçik Qafqazın Murovdağ silsiləsinə yaxın hissəsində, Göygöl rayonu ərazisində yerləşir və Göygöl Milli Parkının ən tanınan zirvəsidir. Dağın sərt, qayalı siluetini Göygöl gölünün sahilindən də görmək olur — bir çox yürüşçü üçün Kəpəz Azərbaycanın «kartpostal zirvəsi»dir.
Bu turun marşrutu: 6.8 km marşrut, +693 m yüksəliş, ən hündür nöqtə 3063 m.
Kəpəz dağı: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.