Kəpəz Zirvəsi 3066m + Maralgöl Turu Günəşin doğuşunu 3066 metr zirvədə qarşılayacağıq!😍 Kiçik Qafqazın incisi olan Kəpəz dağı (3066 m) Murovdağ silsiləsinin şimal yamacında yerləşir. 1139-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində Kəpəz dağının nəhəng qaya parçaları Ağsu çayının dərəsinə tökülərək onun axarını kəsmiş və nəticədə Göygöl, Maralgöl və digər sehrli göllər yaranmışdır. Bu möhtəşəm təbiət abidəsinin zirvəsindən bütün göllərin açılan mənzərəsini izləyəcəyik. ⚠️ Mühüm Xəbərdarlıq: Bu tur Zirvə turudur. Yürüş 3000 metrdən yüksəkdə keçəcək, baş gicəllənməsi və ürəkbulanma (dağ xəstəliyi) halları ola bilər. Yüksək fiziki hazırlıq və dağ tecrübəsi tələb olunur. İlk dəfə hiking/zirvə turuna qatılanlar üçün uygun deyildir. 📌 Tur Məlumatları Məkan: Göygöl Milli Parkı / Kəpəz Dağı Çətinlik dərəcəsi: Çətin (Sıldırım və dik dağlıq relyef) Məsafə (gediş-dönüş): 6.81 km (piyada hissə) Maksimum hündürlük: 3066 m Ümumi yüksəliş: +693 m Ümumi tur müddəti: 27 saat Yaş limiti: 18+ Tur təşkilatçısı: Gedək Görək Qiymət: 120 ₼ / adam başı 🕒 Günün Proqramı 18:30 – 19:00 – Toplanış və Bakıdan yola düşmə 00:00 – 00:30 – Toğana kəndinə çatırıq və 4x4 Off-road dağ nəqliyyatları ilə zirvə ətəklərinə keçid edirik 03:00 – 05:30 – Baş fənərləri ilə gecə yürüşünə başlayırıq və günəşin doğuşunu qarşılamaq üçün Kəpəz Zirvəsinə (3066m) çatırıq 05:30 – 07:00 – Zirvə həzzı, mənzərələrin seyr edilməsi, fotosessiya və qidalanma pauzası 07:00 – 09:00 – Zirvədən eniş və maşınlarla Toğana kəndinə/kənd evinə yola düşmə 12:00 – 13:30 – Kənd evində istirahət, milli qutab və çay süfrəsi 15:00 – Maralgölə gəzinti və sərbəst zaman 16:00 – 21:30 – Bakıya geri dönüş 📍 Toplanış Məkanları Əsas toplanış: Gənclik metrosunun çıxışı (Caspian Shopping Center qarşısı) Əlavə minmə nöqtəsi: 20 Yanvar metrosunun çıxışı (Bravo Hipermarket qarşısı) 🟢 Qiymətə Daxildir: ✅ Peşəkar və sertifikatlı dağ bələdçisi xidməti ✅ Bakı – Toğana – Bakı üzrə komfortlu nəqliyyat ✅ Toğana – Zirvə ətəkləri üzrə 4x4 Off-road dağ maşınları (UAZ / Niva / Paçka) ✅ Kənd evində dincəlmə, çay və qutab süfrəsi ✅ Enerji paketi: 2 adət sendviç, 1 ədəd banan, enerji suyu ✅ Göygöl Milli Parkı giriş biletləri və rəsmi FHN/DSX icazələrinin təşkili ✅ Zirvə sertifikatları 🔴 Qiymətə Daxil Deyil: ❌ Əlavə şəxsi xərclər və əsas nahar/şam yeməyi ❌ Maralgölə qalxan daxili avtobus gediş haqqı (2 AZN) ❌ Şəxsi dağçılıq geyimləri və avadanlıqları 🎒 Vacib Ləvazimatlar və Hazırlıq: Ayaqqabı: Biləyi tutan, sukeçirməz xüsusi dağ/yürüş botu (Trekking boot). Geyim: Dəyişən dağ havasına qarşı qat-qat geyim (Gore-Tex gödəkçə/şalvar, polar kofta, termo içlik, papaq, əlcək və tozluq). Enişdən sonra dəyişmək üçün 1 dəst ehtiyat geyim və ayaqqabı. Avadanlıq: Baş fənəri (gecə dırmanışı üçün mütləqdir), yürüş çomaqları (təzyiqi azaltmaq üçün), powerbank, günəşdən qoruyucu eynək və krem. Qida və Su: Şəxsi tibbi dəst, kifayət qədər su (minimum 1.5-2L) və əlavə enerji verən qəlyanaltılar (şokolad, quru meyvələr). ⚠️ Qaydalar və Əlavə Qeydlər: İcazələr: Dövlət Sərhəd Xidməti və Milli Park icazələri üçün iştirakçılar şəxsiyyət vəsiqəsinin məlumatlarını öncədən təqdim etməlidirlər. Hava Şəraiti: Dağ şəraitində hava qəfil dəyişə biləcəyindən təhlükəsizlik məqsədilə tur bələdçisi proqramda və ya marşrutda dəyişiklik etmək hüququna malikdir. Qadağa: Tur zamanı spirtli içki qəbulu qətiyyən qadağandır.
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Nurlana SüleymanovaBələdçi5.0(4 qiymətləndirmə)2 illik dağ bələdçiliyi təcrübəsi var. Fəaliyyətə Gedək Görək ilə başlamış və davam etdirir. Qış turizmində xizək üzrə də turlara rəhbərlik edir. Xizək, SUP board, qaçış, qayadırmanma və divar dırmanması üzrə də aktiv fəaliyyətləri mövcuddur. Çoxşaxəli hobbiləri və marketinqdən gələn yaradıcı tərəfi , gözəl kontentləri ilə turları zənginləşdirir.
Ruslan MəmmədovBələdçi5.0(8 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi aktiv həyat tərzi ilə də seçilir. İlkin yardım üzrə təlim keçib. İngilis dilini bilir.
Ruslan DadaşovBələdçi5.0(1 qiymətləndirmə)Gedək-Görəklə uzun zamandır yollarda olan Ruslan, əsasən çətin marşurutlar üzrə bələdçilik edir. Karyerasında da kifayət qədər uğurlu addımlayan Ruslan, beynəlxalq şirkətlərin birində çalışır. Dağçılıqdakı təcrübəsi 7 ildən çoxdur. İlkin yardım və təhlükəsizlik üzrə təlimlər keçib. Fitness, sağlam qidalanma və uzun məsafəli dağ yürüşləri, zirvə yürüşləri həyatının ayrılmaz hissəsidir. İngilis və rus dillərində bilir.
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(3 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.
Cavid İbadzadəTəşkilatçı, Bələdçi5.0(6 qiymətləndirmə)Cavid komandanın təşkilatçılıq üzrə ən güclü qoludur. Turların koordinasiyası, tur proqramları onu digərlərindən fərqləndirən bacarığıdır. Uzun illərdir dağlara sadəcə hobbi üçün gedən Cavid, son 1 ildir ki, artıq komanda da bələdçilik ilə də məşğuldur. Qış zamanı snowboard üzrə təlimatlandırma və bələdçilik edir. Əsasən orta və uzun məsafəli yürüşlərdə iştirak edir. İntellektual oyunları, velosiped sürməyi, qaçmağı, fitnessə getməyi, dostlarıyla görüşməyi, stolüstü tennis oynamağı - hamısını eyni zamanda apara bilən nadir insanlardandır. İngilis dilini bilir. Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Ən çox zövq aldığım hiking turu oldu. İstər mühit, istər bələdçilər baxımından maraqlı və əyləncəli keçdi. Bələdçilər hiking vaxtı tez-tez iştirakçılarla maraqlanır, vəziyyətimizin yaxşı olub-olmadığını soruşurdular. Əyləncəli və gülərüz idilər. Xoş təəssüratlarla ayrıldığım üçün oktyabrda Camp turuna qoşulacam inşAllah💚
Heç vaxt unuda bilməyəcəyim xatirələrimdən birinə çevrildi🫠 mənzərə süper idi. Çox çətin bir hiking gözləməyimə baxmayaraq hər şey əksinə daha rahat keçdi, bunun üçün gedək görək komandasına minnətdaram🙏
Mənim üçün çox çətin bir turu asanlaşdıran tur bələdçilərinə təşəkkürlər Gedək görək’lə gedib görməyə dəyər 👍🏻
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Göygöl tək göl deyil — Maralgöl, Zəligöl və başqaları eyni hadisənin nəticəsidir. Kəpəz dağı ilə birlikdə bir günə necə sığır.

Gecə 21:00-da Bakıdan çıxış, 03:40-da yürüşün başlanğıcı, 06:30-da zirvə. Sonra Göygöl və Maralgöl. Bu gecə marşrutuna necə hazırlaşmalı?

On milli park, tamamilə fərqli mühitlər — subtropik meşədən yarımsəhraya, alp zirvəsindən quş körfəzinə. Hansının hansı mövsümdə mənası var?




Kəpəz dağı Kiçik Qafqazın Murovdağ silsiləsinə yaxın hissəsində, Göygöl rayonu ərazisində yerləşir və Göygöl Milli Parkının ən tanınan zirvəsidir. Dağın sərt, qayalı siluetini Göygöl gölünün sahilindən də görmək olur — bir çox yürüşçü üçün Kəpəz Azərbaycanın «kartpostal zirvəsi»dir.
Bu turun marşrutu: 6.8 km marşrut, +693 m yüksəliş, ən hündür nöqtə 3063 m.
Kəpəz dağı: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.