Bir günlük Kəpəz Zirvəsi + Göygöl və Maralgöl (12 və 27 sentyabr ) ✅Proqram 🚩TARİX: 11 oktyabr – 21:00 – Toplaşma (20 Yanvar Bravo market ) – 21:30 – Yola çıxış 🚩TARİX: 12 oktyabr – 03:30 – Toğana kəndi, Kəpəz ətəyinə çatırıq – 03:40 – Hiking başlayır – 06:30 – Kəpəz zirvəsindəyik – 11:00 – Aşağı enirik, UAZ və Niva-larla geriyə dönüş – 14:00 - Göygələ yola düşürük – 15:00-16:00 - Göygöldə zaman keçirmək – 17:00 – Bakıya yola düşürük – 23:00 – Bakıdayıq ✅ Qiymətə daxildir: – Bakı–Toğana–Bakı üzrə Sprinter nəqliyyatı – Dağ maşınları – Bələdçilər – Göygöl və Maralgöl giriş biletləri -Çay süfrəsi
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Göygöl tək göl deyil — Maralgöl, Zəligöl və başqaları eyni hadisənin nəticəsidir. Kəpəz dağı ilə birlikdə bir günə necə sığır.

Gecə 21:00-da Bakıdan çıxış, 03:40-da yürüşün başlanğıcı, 06:30-da zirvə. Sonra Göygöl və Maralgöl. Bu gecə marşrutuna necə hazırlaşmalı?




Kəpəz dağı Kiçik Qafqazın Murovdağ silsiləsinə yaxın hissəsində, Göygöl rayonu ərazisində yerləşir və Göygöl Milli Parkının ən tanınan zirvəsidir. Dağın sərt, qayalı siluetini Göygöl gölünün sahilindən də görmək olur — bir çox yürüşçü üçün Kəpəz Azərbaycanın «kartpostal zirvəsi»dir.
Bu turun marşrutu: 6.8 km marşrut, +693 m yüksəliş, ən hündür nöqtə 3063 m.
Kəpəz dağı: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.