🌿 QRIZ – MIXTÖKƏN SİLSİLƏSİ – LAZA 🏔️ Bu marşrut Azərbaycanın ən gözəl hikinglərindən biri sayılır 🔥 İki məşhur dağ kəndini — Qrız və Lazanı birləşdirən bu yürüş boyunca sizi sonsuz yaylaqlar, açıq dağ panoramaları və Şahdağ silsiləsinin möhtəşəm görüntüləri müşayiət edəcək. Ən gözəl tərəfi isə 👉 marşrut əsasən enişdir, yəni yorucu dırmanış yoxdur. 📍 Marşrut haqqında: • Məsafə: 19 km • Çətinlik: Orta, ilk dəfə gələnlər üçün çətin • Müddət: 5–6 saat 💼 Qiymətə daxildir: ✔️ Nəqliyyat (Bakı – Quba – Qrız – Bakı) ✔️ Peşəkar bələdçi ✔️ Sendviç ⚡️ Yer sayı limitlidir
Uaz və niva
Gənclik metrosu ( "200 Nömrəli Tam Orta Məktəb-Lisey Kompleksi"-nin qarşısı )
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Ruslan MəmmədovBələdçi5.0(8 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi aktiv həyat tərzi ilə də seçilir. İlkin yardım üzrə təlim keçib. İngilis dilini bilir.
Ruslan DadaşovBələdçi5.0(1 qiymətləndirmə)Gedək-Görəklə uzun zamandır yollarda olan Ruslan, əsasən çətin marşurutlar üzrə bələdçilik edir. Karyerasında da kifayət qədər uğurlu addımlayan Ruslan, beynəlxalq şirkətlərin birində çalışır. Dağçılıqdakı təcrübəsi 7 ildən çoxdur. İlkin yardım və təhlükəsizlik üzrə təlimlər keçib. Fitness, sağlam qidalanma və uzun məsafəli dağ yürüşləri, zirvə yürüşləri həyatının ayrılmaz hissəsidir. İngilis və rus dillərində bilir.
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(3 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.
Əsgər Hiking Bələdçi5.0(2 qiymətləndirmə)Əsgər komandanın ən yeni üzvü olsa da, uzun zamandır gəzir və aktiv həyat tərzi ilə seçilir. Hikinglər, kamplar, zirvə yürüşləri, voleybol, qaçış, ölkə xaricindəki səyahətlər - hamısı ilə birlikdə enerjisi və təcrübəsi isə seçilir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tur maraqlı və yaddaqalan keçdi. Bələdçilər (Əsgər və Ruslan) çox mehriban, diqqətli və peşəkar idilər. Tur boyunca bizə qarşı anlayışlı və səbirli yanaşırdılar .Hər şey əla təşkil olunmuşdu🙌🏻💚
Təbiətdə uzun gəzməyi, sakitliyi, təmiz havanı, gözəl mənzərəli yaylaqları və dağları sevənlər üçün əla bir tur 😍 Bələdçilər çox pozitiv, enerjili, diqqətcil, anındaca peşəkar köməklik göstərəndirlər 💪🏻
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Qızılqaya və Şahdağ mənzərəsinin bir kadrda birləşdiyi yer. 9 kilometr, orta çətinlik — yaylaq marşrutlarının ən sevilənlərindən.

Qusarın ən sevilən marşrutu niyə bu qədər populyardır? Cavab sadədir: qısa məsafədə çox şey var.

Daşlıq və çay içi ilə gedilən marşrut. Ayaqqabı seçimi burada zövq məsələsi deyil — zədə ilə sağlam ayaq arasındakı fərqdir.




Mıxtökən–Laza marşrutu Şahdağ massivinin ətəyində, Laza kəndi ətrafında keçən yüksək dağ yürüşüdür. Laza Böyük Qafqazın qoynunda, sıldırım qayalar və şəlalələrlə əhatələnmiş kiçik dağ kəndidir; Şahdağ turizm kompleksinə yaxınlığı ilə də tanınır.
Bu turun marşrutu: 15 km marşrut, +464 m yüksəliş, ən hündür nöqtə 2681 m.
Mıxtökən – Laza marşrutu: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.