Gedirik nağıllardakı kəndə🌿 Sım və Dustaqxana şəlaləsi, Ballı qaya Çətinlik dərəcəsi : Orta-Asan Uzunluğu : 9 km 06:30 - Toplanış(20 Yanvar Bravo market) 06:45 - 10:30 - Bakı - Astara 11:00 - 13:30 - Sım kəndi - Sım şəlaləsi 13:30 - 14:30 Sım şəlaləsi - Ballı qaya - Dustaqxana şəlaləsi 15:30 -17:00 - Kənd evində çay süfrəsi çay 17:00 - 22:00 - Astara - Bakı
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.
Nurlan XudazarovAlpinist, BələdçiNurlan komandanın təsisçisi və 10 ildən artıq təcrübəyə malik peşəkar bələdçisidir. O, ölkə daxilində bir çox yeni marşrutların kəşf olunmasında, qurulmasında və tanınmasında bilavasitə iştirak edərək yerli dağçılıq və hiking mədəniyyətinin inkişafına böyük töhfə verib. Yüksək təhlükəsizlik anlayışı, zəngin təbiət təcrübəsi və liderlik bacarığı ilə həm turların peşəkar idarə olunmasında, həm də komandanın gələcək vizyonunun formalaşmasında əsas rol oynayır.
Murad NağıyevAlpinist, BələdçiMurad 2-ci Qarabağ müharibəsi iştirakçısı və geniş dağçılıq təcrübəsinə malik peşəkar bələdçidir. O, ölkə daxilində bir çox 4 minlik zirvəni fəth edib. Ölkə xaricində isə Lenin zirvəsi (7134 m) və Xan Tenqri (7010 m) kimi 7 minlik zirvələrə yüksəlib. Bundan əlavə Elbrus, Kilimancaro, Damavend, Ağrı dağı və Kazbek kimi məşhur zirvələri də fəth edib. Döyüşdə qazandığı nizam-intizam, dözümlülük və soyuqqanlılıq ona ən çətin şəraitdə belə düzgün qərar verməyə imkan verir. Zəngin dağ təcrübəsi və yüksək məsuliyyət hissi ilə turların təhlükəsiz və peşəkar şəkildə həyata keçirilməsində mühüm rol oynayır.
Khalig ValiyevBələdçi, Content creatorXaliq komandanın bələdçisi və peşəkar fotoqrafıdır. Ölkənin müxtəlif bölgələrində çoxsaylı yürüş və turlara rəhbərlik edib, buna görə təbiəti yaxşı tanıyır. Bələdçi kimi qrupun təhlükəsizliyinə və rahatlığına xüsusi diqqət yetirir. Fotoqraf kimi isə səyahətin ən gözəl anlarını, möhtəşəm mənzərələri və iştirakçıların unudulmaz emosiyalarını peşəkar şəkildə lentə alır. Təbiətə olan sevgisi, diqqətli yanaşması və yaradıcı baxışı ilə hər turu həm təhlükəsiz, həm də yaddaqalan edir.
Taleh OrucovBələdçiTaleh uzun müddətdir komandamızla əməkdaşlıq edən təcrübəli bələdçidir. Səyahət etməyi və dağlara çıxmağı çox sevir. Azərbaycanın bir neçə 4 minlik zirvəsini fəth edib. Dözümlülüyü, güclü iradəsi və dağlara olan sevgisi ilə seçilir, ən çətin marşrutlarda belə qrupa dəstək olur və onu ruhlandırır. Məsuliyyətli yanaşması və zəngin yürüş təcrübəsi ilə turların təhlükəsiz və uğurlu keçməsinə böyük töhfə verir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
60 metrlik Şi, Dustaqxana və Şırhal, Avyarud, üstəlik 17.5 kilometrlik Sım–Siyov–Bəndəsər. Hansı marşrut sizin ayağınıza uyğundur?
Astaranın Digoli kəndindən dağ maşını ilə kamp ərazisinə. Mənzərəsi ilə seçilən bu kampda gecə nə gözləyir?




Şım kəndi Astara rayonunun Talış dağlarında, Hirkan meşələrinin əhatəsində yerləşən dağ kəndidir. Kənd ətrafındakı meşə cığırları, çaylar və şəlalələr onu cənub bölgəsində sevilən yürüş məkanına çevirib.
Sım kəndi — Dustaqxana və Ballıqaya: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.