
Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.
İdman dırmanması · 01.10.2026
Tələbkar, mədəni və mehriban💕
Xarıbülbül zirvəsinə yürüş (2783 metr) · 29.09.2026
Gülərüz, mehriban, yardımsevər, mədəni
Kəpəz Dağı Zirvə Turu 3066m · 09.09.2026