Möhtəşəm Qızıl Qaranohur gölü yürüşü🍁🍂 🗓️ 17, 18, 24, 25, 31 oktyabr və 1 noyabr 📍 Qaranohur gölü, İsmayıllı ⚡️Çətinlik dərəcəsi: Orta (ilk dəfə üçün çətin) 🎟️Tur qiyməti: 45 AZN 06:00- Toplanış(20 yanvar bravo hiper marketin parkinqi) 06:00-10:00 Bakı–İsmayıllı – Talıstan 10:00-14:00 – Talıstan – Qaranohur gölü 15:00-16:00-Nahar 16:00 -18:30 – Qaranohur - Talıstan(Geri dönüş) 18:30 -22:30 –İsmayıllı- Bakı GƏRƏKLİ LƏVAZİMATLAR - Bel çantası - Təbiətdə gəzmək üçün rahat ayaqqabı (Uzunboğaz olması məsləhətdir) - Əlavə geyim - Şəxsi əşyalar və gigiyenik vasitələr (termos, qaşıq dəsti, salfet və s.) Qiymətə daxildir: •Nəqliyyat (Bakı-İsmayıllı-Bakı) •Dağ bələdçiləri •Kənd evində çay süfrəsi şirniyyat ilə •Şahdağ milli parkına giriş bileti Qeydiyyat vəya detallı məlumat üçün: 📱+994 70 794 91 91
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina AliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.
Nurlan XudazarovAlpinist, BələdçiNurlan komandanın təsisçisi və 10 ildən artıq təcrübəyə malik peşəkar bələdçisidir. O, ölkə daxilində bir çox yeni marşrutların kəşf olunmasında, qurulmasında və tanınmasında bilavasitə iştirak edərək yerli dağçılıq və hiking mədəniyyətinin inkişafına böyük töhfə verib. Yüksək təhlükəsizlik anlayışı, zəngin təbiət təcrübəsi və liderlik bacarığı ilə həm turların peşəkar idarə olunmasında, həm də komandanın gələcək vizyonunun formalaşmasında əsas rol oynayır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Talıstan kəndindən başlayan, ilk dəfə gedənlər üçün bir az çətin olan marşrut. Niyə bu gölə maşınla gedilmir və bu, niyə yaxşıdır?
Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl və Tovuz — üzüm zonaları marşrutlarla eyni yolların üstündədir. Səfərə necə əlavə etmək olar.
Meşə cığırları, yayla və Babadağ mənzərəsi. Niyaldağ — bir günlük zirvə istəyənlər üçün İsmayıllının ən dolğun marşrutlarından biri.




Qaranohur gölü İsmayıllı rayonunun dağlıq hissəsində, sıx meşələrlə əhatələnmiş dağ gölüdür. «Nohur» sözü kiçik göl deməkdir, «qara» isə suyun tünd rəngini ifadə edir — ətrafdakı hündür ağacların kölgəsi göl səthini tünd yaşıl, bəzən qara göstərir.
Bu turun marşrutu: 7.2 km marşrut, +656 m yüksəliş, ən hündür nöqtə 1527 m.
Qaranohur gölü: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.