Gedirik Azərbaycanın ən gözəl yerlərindən biri Tovuza.İlk günün planı möhtəşəm görüntülərə sahib Koroğlu qayalıqları və Qalaboyun yaylağında düşərgə qurmaqdır.Kampdan ətrafa çox möhtəşəm mənzərə açılır.Növbəti gün isə cəngəlliklər içərisində yerləşən çox qədim Alban abidəsinə yürüşümüz olacaq.Və çay kənarında bir bağ kafesində yemək fasiləsi edəcəyik. ___________________ 🌿Program ▶️19 Sentyabr ◾06.00 Bakıdan yola düşürük ◾Tovuzun Qalaboyun ərazisinə çatırıq ◾Çadırlar qurulur,ocaqda çayımız dəmlənir. ◾Qeyd edək ki, kamp yerimizdən ətrafa olduqca möhtəşəm mənzərə açılır ◾Asudə zaman ◾17.30-19.00 Koroğlu qalasına yürüş.(Yürüşün çətinliyi asan-orta) İstəyən dostlar kamp yerində qalıb buranın dadını çıxara bilər. ▶️20 Sentyabr ◾09.00 Növbəti gün Abdal kəndinə yollanırıq Abdal çayının axarına doğru hərəkət edib cəngəlliklər içərisində yerləşən Qədim adsız Alban məbədinə yürüş edirik. ◾ Yürüşün çətinliyi -orta ◾ Yürüşdən döndükdən sonra fasilə və yemək üçün tovuzda yerli mətbəxi olan bağ içərisində kafenin birində dayanırıq ◾ Yürüşə qatılmaq istəməyən dostlar bu bağda dincələ bilərlər ◾23.00 Bakıdayıq
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.Gecələmə şəraitinə uyğun çanta və hazırlıq tövsiyələri
Əvvəllər neçə dəfə çadırda gecələmisiniz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.




Şamlıq meşəsi Tovuz rayonunda, Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən meşə massividir. Adı şam ağaclarından gəlir — iynəyarpaqlı meşənin təzə qoxusu və sakitliyi bu yeri gəzinti üçün xüsusi edir.
Şamlıq meşəsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.