Siz 3 mərtəbəli şəlalə haqqında eşitmisiz? 📍Qəbələ, Soyuqbulaq şəlaləsi 📅Tarix: 19 sentyabr Çətinlik: orta-asan Ümumi məsafə: 7 km Qiymətə daxildir: • Nəqliyyat • Çay süfrəsi+şirniyyatla • Bələdçi • Milli parka giriş bileti 📍Tur planı: 06:15 - Toplaşma (Gənclik metrosu yaxınılığı) 06:30 - Qəbələ Vəndam kəndinə doğru yola çıxırıq 11:00 - Qəbələ Vəndam kəndindəyik 11:00-13:00 Soyuqbulaq şəlaləsinə yürüş 14:00 - Geri qayıdırıq 15:30 - Çay süfrəsi və istirahət 17:00 - Bakıya yola düşürük 22:00 - Bakıya çatırıq #vendam #hiking #nda #tour
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız




Soyuqbulaq şəlaləsi Qəbələ rayonunda, Böyük Qafqazın cənub yamaclarındakı meşələrdə yerləşir. Adından da göründüyü kimi, ərazi soyuq bulaq suları ilə tanınır — yayın ən isti günlərində də burada hava sərindir.
Soyuqbulaq şəlaləsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.