İlk yürüşün üçün çanta siyahısı: nə götürməli, nəyi evdə qoymalı
Bir günlük yürüş üçün çanta 20–30 litr olmalıdır və dolu halda 5–7 kq-dan ağır olmamalıdır. Aşağıdakı siyahı tam bir gün üçündür.
Mütləq (bunlarsız yola çıxmayın)
- Su — 2 litr. Yayda 2.5–3 litr. Bir böyük şüşə yox, iki kiçik şüşə daha rahatdır.
- Yemək. Sendviç + iki dənə sürətli enerji (quru meyvə, qoz, batonçuq).
- Yağmurluq və ya küləkkeçirməz gödəkçə. Səma açıq olsa belə.
- İsti qat. Flis və ya nazik polar.
- Papaq. Yayda günəşdən, yazda küləkdən.
- Telefon + power bank.
- Şəxsiyyət vəsiqəsi. Sərhədyanı bölgələrdə yoxlanılır.
- Kiçik ilk yardım dəsti. Plastır, bint, şəxsi dərmanlar.
- Zibil üçün torba.
Çox faydalı
- Trekking çubuğu (xüsusən enişdə diz üçün)
- Günəş eynəyi və krem
- Ehtiyat corab
- Yaş salfet
- Baş fənəri (marşrut uzanarsa)
Çoxunun lazımsız daşıdıqları
- Böyük termos. Ağırdır; bir günlük yürüşdə çox vaxt açılmır.
- Dəmir su şüşəsi. Gözəldir, amma plastikdən 400–500 qram ağırdır.
- Üç dəst ehtiyat paltar. Bir dəst kifayətdir.
- Kitab, noutbuk, dron (dronu qorunan ərazilərdə uçurmaq həm də qadağandır).
- Ağır fotoaparat — çəkməyi doğrudan planlaşdırmırsınızsa.
Çantanı necə yığmaq
Ağır əşyalar kürəyə yaxın və ortada olmalıdır. Ən aşağıda yüngül şeylər (gödəkçə), üstdə tez-tez lazım olanlar (su, papaq, yağmurluq).
Bel kəməri bağlanmalıdır — çantanın ağırlığının böyük hissəsi çiyində yox, ombada daşınır. Çox adam bel kəmərini bağlamır və axşam çiyinləri ağrıyır.
Ayaqqabı
Bu siyahının ən vacib maddəsi çantada deyil, ayağınızdadır. Ayrıca yazımız var: Trekking ayaqqabısı necə seçilir.
Marşruta görə düzəliş
Bu siyahı Ağsu, Dilman şəlaləsi kimi asan bir gün üçündür. Su marşrutlarında (Babadağ kanyonu) ehtiyat corab və su keçirməyən torba əlavə olunur; zirvə marşrutlarında isti qat ikiyə çıxır.
Qayda: çantanı yığandan sonra bir dəfə çiyninizə alıb evdə 10 dəqiqə gəzin. Ağır gəlirsə, dağda iki dəfə ağır gələcək.
Oxuduğunuzu yaşamağa hazırsınız? Yaxın tarixlərdəki gedişlərə baxın.
Turlara bax
