İsmayıllı rayonunun qədim Tağlabiyan kəndindən başlayacaq birgünlük yürüşümüzdə meşə və dağ cığırları ilə Böyük Qafqaz Suayırıcı silsiləsinin şərqində, 2053 metr hündürlükdə yerləşən Niyal dağının zirvəsinə qalxacacaq, oradan isə Lahıc kəndinə yürüş edəcəyik. Yolboyu Zərnəva və Mücü kəndlərinin gözəl mənzərələrini izləyəcək, Niyaldağ zirvədən dörd bir tərəfə açılan möhtəşəm dağ panoraması ilə yürüşümüzün ən unudulmaz anlarını yaşayacağıq və Lahıc kəndində başa vuracağıq. Bu möhtəşəm mənzərəli yürüşümüz nisbətən çətin və sadə olmayan marştur axtaranların ən sevdiyi seçimlərindən olacaqdır!
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Ruslan MəmmədovBələdçi5.0(17 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi akt
Gülşən RzayevaBələdçi5.0(7 qiymətləndirmə)Təbiət mənim ən böyük sığınacağımdır 😍. 4 ildir ki, haykinqlə məşğulam və dağlara xüsusi bir sevgim var. Aktiv həyat tərzini sevirəm; velosiped, xizək, tennis və bilyard əsas hobbilərim arasındadır. Gündəlik iş yorğunluğundan qurtulmaq və yenidən enerji toplamaq üçün haykinq və kempinq mənim üçün əvəzolunmazdır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
Meşə cığırları, yayla və Babadağ mənzərəsi. Niyaldağ — bir günlük zirvə istəyənlər üçün İsmayıllının ən dolğun marşrutlarından biri.

Qalacıq, Qaranohur, Sulut, Niyaldağ, Mücü–Lahıc və Babadağ kanyonu. Azərbaycanda yürüş marşrutlarının ən sıx olduğu rayon.
Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl və Tovuz — üzüm zonaları marşrutlarla eyni yolların üstündədir. Səfərə necə əlavə etmək olar.




Niyaldağ İsmayıllı rayonunda, Böyük Qafqazın cənub yamaclarında uzanan meşəli dağ silsiləsidir. İsmayıllı şəhərinin şimalında yüksələn bu silsilə bölgənin mənzərəsini formalaşdırır.
Bu turun marşrutu: 12.1 km marşrut, +950 m yüksəliş, ən hündür nöqtə 2064 m.
Niyaldağ: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.