🗓️13 sentyabr - Yeni Avyarud şəlaləsi, Avyarud kəndi, Astara 🏔️Çətinlik: Orta-asan 🏃🏻 Yürüyüş məsafəsi : 4-5 km 06:15 - Toplanma ( Gənclik mt. Badamlı binasının qarşısı 06:30 - Yola düşmə 11:00 - Pəlikeş kəndi, Astara 11:15 - Dağ maşını ilə (4x4) Pəlikeş - Avyarud kəndi 12:00 - “Avyarud” şəlaləsinə yürüyüş 14:30 - Şəlaləyə çatma və fasilə vaxtı 15:30 - Kəndə yola düşmə 17:00 - Kənd evində çay süfrəsi 18:30 - Bakıya yola düşmə 23:00 - Bakıya çatma
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
60 metrlik Şi, Dustaqxana və Şırhal, Avyarud, üstəlik 17.5 kilometrlik Sım–Siyov–Bəndəsər. Hansı marşrut sizin ayağınıza uyğundur?
Astaranın Digoli kəndindən dağ maşını ilə kamp ərazisinə. Mənzərəsi ilə seçilən bu kampda gecə nə gözləyir?




Avyarud şəlaləsi Astara rayonunda, Talış dağlarının ətəyindəki Hirkan meşələrində yerləşir. Astara Azərbaycanın ən cənub rayonudur: Xəzər sahili, çay plantasiyaları və rütubətli subtropik iqlimi ilə tanınır.
Avyarud şəlaləsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.