İsmayıllıda, meşə ərazisi və çay kənarında ləzzətli kampımız olacaq 🔥 Bu macəranı qaçırmayın! Yerlər məhduddur! ✔️ Önəmli qeyd: Təbiətə gedirik, yağışı, küləyi, palçığı dərd etməyən, hər şeyə mız qoyub, turu başqalarının da burnundan gətirməyən, əsl yol adamı olan, xoşniyyət, əyləncəli adamsansa, gəl 🌞
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Fatimə HəsənovaBələdçi5.0(6 qiymətləndirmə)Fatimə gənc əməkdaşımızdır, Gedək-Görək ilə 2 ildir dağ yollarında, kamplarda gəzən Fatimənin potensialı gözümüzdən qaçmadı və hazırda köməkçi bələdçi, bələdçi kimi fəaliyyətinə davam edir. Sürətli öyrənən və tez ataptasiya olmaq xarakteri
Əsgər Hiking Bələdçi5.0(2 qiymətləndirmə)Əsgər komandanın ən yeni üzvü olsa da, uzun zamandır gəzir və aktiv həyat tərzi ilə seçilir. Hikinglər, kamplar, zirvə yürüşləri, voleybol, qaçış, ölkə xaricindəki səyahətlər - hamısı ilə birlikdə enerjisi və təcrübəsi isə seçilir.Gecələmə şəraitinə uyğun çanta və hazırlıq tövsiyələri
Əvvəllər neçə dəfə çadırda gecələmisiniz?
Çay qırağında, meşənin içində super bir kamp oldu. Çayın səsi, təmiz hava... Tam da ehtiyacım olan kamp idi. İki günə bütün enerjimi bərpa etdim. Bunun üçün Gedək Görək komandasına, xüsusilə bələdçilərimiz Əsgər və Fatiməyə çox təşəkkür edirəm. Rahatlığımız üçün əllərindən gələni etdilər. Növbəti kamplarda görüşənədək 🖐️
Olduğca gözəl keçdi. Yeni və köhnə turlarınıza tanış olduğum dostlarla marağlı anlar yaşayıb, Bir-birimiz daha yaxından tanıdım. Bələtçilərimiz mehriban səmimi və şən idilər. Fadim xanım əl qabiliyyəti ilə olduğca dadlı yeməklər yedik. Əskər bəyin enerjisi ilə olduğca əyləncəli vaxtlar keçirdik.)
Gözləmədiyim qədər yaxşı tur idi. Rahatlıq, atmosfer, bələdçilər, bir sözlə, əla. Yeməklərə də söz ola bilməz, doydum😁 Gedək-görək komandasına uğurlar, bir daha təkrarlamaq lazımdı.
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Bu tur üçün ləğvetmə mümkün deyil
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
Soyuq gecədə çadırın ağzını bağlayıb içəridə qaz sobası yandırmaq — kampda ən çox həyat aparan səhvdir. Niyə baş verir və necə qarşısını almalı.

İlk 10 dəqiqədən altıncı saata qədər: ürək, əzələ, qan şəkəri və beyin kimyası addım-addım necə dəyişir.

Talıstan kəndindən başlayan, ilk dəfə gedənlər üçün bir az çətin olan marşrut. Niyə bu gölə maşınla gedilmir və bu, niyə yaxşıdır?




Qalacıq şəlaləsi İsmayıllı rayonunun meşəli dağ ərazisində yerləşir. İsmayıllı Bakıdan 3–4 saatlıq məsafədə, sıx meşələri, dağ çayları, Lahıc kimi tarixi kəndləri və Qaranohur kimi gölləri ilə tanınan bölgədir.
Bu turun marşrutu: 10.6 km marşrut, +371 m yüksəliş, ən hündür nöqtə 1540 m.
Qalacıq şəlaləsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.