Bu turun yaxın tarixi yoxdur — Fit dağı səhifəsində digər turlara baxın.
Fərqli yer olsun, əsl hiking olsun, mənzərəsi də olsun, hələ üstəlik tarixi də deyənlər, səsinizi eşidək 😎 Axır ki, əsl siz deyən turla qarşınızdayıq. FİT dağı (1810 m), Qırxotaq qəsri və Buzxana macəraları bizi gözləyir! İsmayıllının qədim Sulut kəndindən başlayan bu yürüşlə təbiətin gözəlliklərini birlikdə kəşf edəcəyik! 🍀
Gedək Görək - Toplanış yeri
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(3 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.
Əsgər Hiking Bələdçi5.0(2 qiymətləndirmə)Əsgər komandanın ən yeni üzvü olsa da, uzun zamandır gəzir və aktiv həyat tərzi ilə seçilir. Hikinglər, kamplar, zirvə yürüşləri, voleybol, qaçış, ölkə xaricindəki səyahətlər - hamısı ilə birlikdə enerjisi və təcrübəsi isə seçilir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

İsmayıllının Sulut kəndindən başlayan 12 kilometrlik marşrut: 1810 metrlik zirvə, qədim qəsr qalıqları və Buzxana.
Portağal qabığı da zibildir, cığırdan çıxmaq da zərərdir. Təbiəti gəldiyiniz kimi qoyub getməyin praktik qaydaları.

İkisi də bir günlük, ikisi də əl işlədilən marşrutlar. Nə gözləmək lazımdır, nə geyinmək lazımdır və hansı hissə həqiqətən diqqət tələb edir.




Fit dağı İsmayıllı rayonunda, Sulut kəndi yaxınlığında yerləşən meşəli dağdır. Bakıdan bir günlük səfər üçün əlverişli məsafədə olduğu və tarix ilə təbiəti birləşdirdiyi üçün yürüşçülər arasında sevilən marşrutdur.
Bu turun marşrutu: 12.8 km marşrut, +921 m yüksəliş, ən hündür nöqtə 1809 m.
Fit dağı: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.