Xınalıq-Qalayxudat yürüşü Quba ərazisində ~2200 m yüksəklikdə yerləşən Xınalıq kəndindən yürüşə başlayacağıq. Yürüş zamanı füsunkar Qızılqaya massivinin yamacı ilə Böyük Qafqaz dağlarını izləyərək Qalayxudat kəndinə doğru köhnə dağ yolu ilə yürüş edəcəyik. Məsafə: 7-8 km Çətinlik dərəcəsi: Asan TURUN PLANI: 06:30-06:55 Toplanış və marketdə bazarlıq üçün vaxt 07:00-10:00 Avtobusla Qubaya yola düşürük. 10:00-11:30 Qubaya çatırıq və dağ maşınıyla yola davam edirik. 11:30-11:45 Xınalıq kəndinə çatırıq və hazırlıq. 11:45-14:00 Qalaxudat kəndinə doğru yürüşə başlayırıq. 14:00-14:30 Yolüstü fasilə edirik (çay, nahar və s.) 14:30-16:00 Yürüşə davam edirik. 16:00-17:00 Qalaxudata çatırıq və çay fasiləsi 17:00-18:30 Dağ maşınları ilə Qubaya hərəkət edirik. 18:30-21:30 Avtobusla Bakıya doğru yola düşürük. GÖTÜRMƏYİNİZ ZƏRURİ OLAN ƏŞYALAR: Bel çantası (minimum 15-20 litr) Rahat, su keçirtməyən, topuqdan yuxarı ayaqqabı (dağ ayaqqabısı tövsiyə olunur) Uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, corab (azı 2 cüt), papaq və s.) Günəş kremi Gün eynəyi Termos/su qabı Yürüş çubuqları GÖTÜRMƏYİNİZ MƏSLƏHƏT OLAN ƏŞYALAR: Əlavə geyim və ayaqqabı Yağmurluq QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR: Komfortlu nəqliyyat (Bakı-Quba-Bakı) Dağ maşınları Dağ bələdçiləri (rəsmi sertifikatlı) İsti samovar çayı İlkin yardım (ehtiyac varsa)
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.

Xınalıqdan Atəşgaha, oradan düşərgəyə 2.2 km, səhər isə 814 metrlik yoxuş. İlk çadırlı zirvə təcrübəsi üçün ən balanslı marşrutlardan biri.

Bazardüzü, Tufandağ, Şahdağ və Xınalıq — hamısı bir parkın içindədir. Ərazi necə qurulub, hansı marşrutlar var və nəyə icazə lazımdır.




Xınalıq–Qalaxudat marşrutu Quba rayonunun yüksək dağ kəndlərini birləşdirən məşhur yürüşdür. Xınalıq Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış məntəqələrindən biridir (təxminən 2300 m) və minillik tarixi olan kənddir.
Bu turun marşrutu: 8.5 km marşrut, +770 m yüksəliş, ən hündür nöqtə 2296 m.
Xınalıq – Qalaxudat marşrutu: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.