Göbələk yığımı: mövsüm, qaydalar və mütləq bilinməli olan bir şey
Göbələk yığımı Azərbaycanda son illər ən sürətlə populyarlaşan təbiət fəaliyyətidir. Eyni zamanda ən çox səhv edilən sahədir.
Bu yazının ən vacib cümləsi əvvəldədir: tanımadığınız göbələyi yeməyin. İnternetdəki şəkil, telefon tətbiqi və ya "bənzəyir" hissi kifayət deyil. Zəhərli göbələklərin bir çoxu yeməli olanlara çox oxşayır və zəhərlənmə əlamətləri bəzən saatlarla sonra başlayır.
Buna görə mikoloqla getmək fərq edir
İki günlük göbələk turunda mikoloq Elgün müəllimlə birlikdə həm yığım, həm də elmi araşdırma aparılır. Yəni yığdığınız hər göbələk barədə "bu nədir, niyə belədir" sualının cavabı var.
→ Göbələk Yığımı və Kamp Turu (Xanbulan gölü)
→ Göbələk yığım turu (bir günlük)
Mövsüm
Hirkan bölgəsində əsas mövsüm payızdır — sentyabrdan noyabra qədər, yağışlardan sonrakı 3–5 gün ən məhsuldar vaxtdır. Yazda da ayrı növlər çıxır, amma çeşid daha azdır.
Yığım qaydaları
1. Səbət, plastik torba yox. Səbətdə sporlar meşəyə tökülür və göbələk "nəfəs alır"; torbada bir neçə saatda əziIir.
2. Kəsin, dartmayın. Kökündən çıxarmaq mitseliyə — yerin altındakı canlı şəbəkəyə zərər verir. Bıçaqla dibindən kəsin.
3. Köhnə və qurdlu olanı yerində qoyun. Onlar meşənin öz dövranının bir hissəsidir.
4. Yol kənarından yığmayın. Göbələk torpaqdakı ağır metalları toplayır; magistral kənarı ən pis yerdir.
5. Ayrı-ayrı saxlayın. Tanımadığınız bir göbələk səbətdə tanıdıqlarınızla qarışsa, hamısını atmalı olursunuz.
Kamp formatının üstünlüyü
İki günlük variantda gecə Xanbulan gölü kənarında keçir. Göbələk səhər tezdən — şeh üstündə yığılır. Bir günlük turda bu saata çatmaq mümkün olmur.
Kampa ilk dəfə gedirsinizsə: İlk kampın üçün nə lazımdır.
Oxuduğunuzu yaşamağa hazırsınız? Yaxın tarixlərdəki gedişlərə baxın.
Turlara bax