Qaranohur gölü İsmayıllı rayonunun dağlıq hissəsində, sıx meşələrlə əhatələnmiş dağ gölüdür. «Nohur» sözü kiçik göl deməkdir, «qara» isə suyun tünd rəngini ifadə edir — ətrafdakı hündür ağacların kölgəsi göl səthini tünd yaşıl, bəzən qara göstərir.
Göl yürüşçülər və təbiət fotoqrafları arasında Azərbaycanın ən sevilən meşə göllərindəndir. Səhər tezdən göl səthində duman olur, sakit havada isə ətraf meşə suda güzgü kimi əks olunur.
Gölə aparan marşrut meşə cığırları və dağ yamacları ilə keçir. Yol boyunca bulaqlar, kiçik çaylar və meşə açıqlıqları var. Yağışdan sonra cığırın bəzi hissələri palçıqlı olur, ona görə suya davamlı ayaqqabı vacibdir.
Payız — oktyabr və noyabrın əvvəli — Qaranohur üçün ən məşhur mövsümdür: meşə sarı, narıncı və qırmızı rənglərə boyanır. Yazda və yayın əvvəlində isə hər şey təzə yaşıllıqdadır.
Göl ətrafı təbii ərazidir — zibili geri aparmaq və gölü çirkləndirməmək hər ziyarətçinin borcudur. Aşağıda Qaranohur gölünə bələdçili turlar, marşrutun uzunluğu və yaxın tarixlər verilib.
Digər adları: Qaranohur, Qara nohur gölü, Garanohur
Müəllif: Gedək Görək MMC · Son yenilənmə: 28 oktyabr 2026

Tam interaktiv xəritə və GPX faylı tur səhifəsindədir.
Leylan Niftəliyeva ★★★★★
Çox maraqlı və əla keçdi. Təşəkkür edirəm⭐️
Gedək Görək
Məleykə Kazımlı ★★★★★
Əla hiking təcrübəsi oldu🫠💚bələdçilərimizə minnətdəram. Aysu xanımın gülüşü Nəzər bəyin isə dayanıqlığı motivasiya və mehribanlığı əla idi. Komandamıza söz ola bilməzdi hər kəs sanki doğma idi. Hər şey üçün minnətdəram👏🏻
Gedək Görək
Mehemmed Mahmudov ★★★★★
Tur çox xoş və maraqlı keçdi. Yollar bizi yordu amma yaşadığımız xoş xatirələr təbiətin gözəlliyi bu yorğunluğa dəydi.Bələdçilər işlərində çox peşəkar və diqqət idilər.Ən əsas isə, bayağı müsiqilər və səs küydən uzaq sakit bir səyahət olması idi.Digər turlardan çox fərqlənirdi və qiymətinin haqqını verən bir səyahət oldu.Bütün komandaya təşəkkür edir işlərində uğurlar arzulayiram.
Gedək Görək
Ismayil Aliyev ★★★★★
Nəzər və Aysuna diqqətləri, qayğıları və peşəkarlıqları üçün təşəkkür edirəm! Tur çox gözəl təşkil olunmuşdu, hər ikisi hər zaman kömək etməyə hazır idi. Sayənizdə çox xoş və yaddaqalan gün keçirdik! 🫶⛰️
Gedək Görək
Gülnar Aliyeva ★★★★★
İlk növbədə, bələdçilərimiz Nəzər və Aysuna göstərdikləri diqqət, səbr və dəstəyə görə ürəkdən təşəkkür edirəm. Aysun qalxışda, Nəzər isə xüsusilə enişdə mənə böyük dəstək oldu. Onların peşəkarlığı və qayğısı sayəsində bütün yürüş boyunca özümüzü güvəndə hiss etdik. Əziyyətiniz və əməyiniz üçün minnətdaram! Yaxşı ki, yolumuz kəsişdi. ❤️🏔️
Gedək Görək
Aytəkin Musayeva ★★★★★
Bu komanda ilə ilk dəfə tura qatıldım və çox bəyəndim. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu: yola deyilən vaxtda çıxdıq, bələdçilər isə özlərini əsl peşəkar kimi göstərdilər — məsuliyyətli, diqqətli və hər zaman kömək etməyə hazır idilər. Öz əsas vəzifələrindən əlavə, faydalı məlumatlar da paylaşırdılar. Bu da turu həm xoş, həm də maraqlı edirdi. Gözəl gün və əla təşkilatçılıq üçün bütün komandaya təşəkkür edirəm 🫶
Gedək Görək
May–noyabr. Payız rəngləri üçün ən yaxşı vaxt oktyabrdır. Qışda yol və cığır qarlı-palçıqlı ola bilər.
Orta çətinlikdədir. Yeni başlayanlar da qatıla bilər, amma bir neçə saat meşə cığırında yeriməyə hazır olmaq lazımdır.
Suya davamlı yürüş ayaqqabısı, ehtiyat corab, yüngül küləklik, su və qəlyanaltı, zibil üçün torba.
Göl dərin və suyu soyuqdur, xilasedici xidmət yoxdur. Çimmək tövsiyə olunmur.
Qaranohur gölü İsmayıllı bölgəsindədir. Marşrutun başlanğıcı Bakıdan düz xətt üzrə təxminən 145 km qərbdə yerləşir. Koordinatlar: 40.8133, 48.2505.
Yürüş marşrutu 7.2 km, ümumi yüksəliş +656 m, ən hündür nöqtə 1527 m. Rəqəmlər bələdçili turun real GPX trekindən hesablanıb.
Ən rahat yol bələdçili qrup turudur — nəqliyyat və marşrut təşkilatçının üzərindədir. Hazırda 3 turdan seçmək olar.
Bələdçili turun qiyməti adambaşı 45 ₼-dır.