Şəhərin səs-küyündən uzaqlaşıb, qızıla bürünmüş İsmayıllı meşələrində unudulmaz bir gün keçirməyə hazırsınız? 🎒✨ Talıstan kəndindən başlayaraq dəniz səviyyəsindən 1520 metr yüksəklikdə gizlənən Qaranohur gölünə doğru əsl təbiət və hiking sərgüzəşti sizi gözləyir! Xışıldayan sarı yarpaqlar, təmiz dağ havası və zirvədəki o sakitlik... Bunların hamısını bir gündə yaşamaq əsl fürsətdir. 🤩 📍 İstiqamət: İsmayıllı, Talıstan kəndi – Qaranohur Gölü ☕ Proqramda nə var? • Səhər tezdən Bakıdan yola düşmə • İsmayıllı meşə cığırları ilə həyəcanlı trekking • Göl kənarında isti çay fasiləsi və dincənmək • Möhtəşəm payız mənzərələri və xatirə fotoları 🎒 Yanınıza nə almalısınız? Rahat trekinq ayaqqabısı, çoxqatlı idman geyimi, termosda isti çay və yaxşı əhval-ruhiyyə! Yerlər məhduddur! Qeydiyyat və ətraflı məlumat üçün birbaşa DIRECT-ə yazın və ya rəydə qeyd edin. #qaranohurgölü #ismayıllı #hikingazerbaijan #payızturları #dağyürüşü #ekoturizm #aktivistirahət #travelazerbaijan #gotabiat
Gənclik Metrosunun çıxışı, Atatürk parkının qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Ruslan MəmmədovBələdçi5.0(8 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi aktiv həyat tərzi ilə də seçilir. İlkin yardım üzrə təlim keçib. İngilis dilini bilir.
Cavid İbadzadəTəşkilatçı, Bələdçi5.0(6 qiymətləndirmə)Cavid komandanın təşkilatçılıq üzrə ən güclü qoludur. Turların koordinasiyası, tur proqramları onu digərlərindən fərqləndirən bacarığıdır. Uzun illərdir dağlara sadəcə hobbi üçün gedən Cavid, son 1 ildir ki, artıq komanda da bələdçilik ilə də məşğuldur. Qış zamanı snowboard üzrə təlimatlandırma və bələdçilik edir. Əsasən orta və uzun məsafəli yürüşlərdə iştirak edir. İntellektual oyunları, velosiped sürməyi, qaçmağı, fitnessə getməyi, dostlarıyla görüşməyi, stolüstü tennis oynamağı - hamısını eyni zamanda apara bilən nadir insanlardandır. İngilis dilini bilir.
Fatimə HəsənovaBələdçi5.0(6 qiymətləndirmə)Fatimə gənc əməkdaşımızdır, Gedək-Görək ilə 2 ildir dağ yollarında, kamplarda gəzən Fatimənin potensialı gözümüzdən qaçmadı və hazırda köməkçi bələdçi, bələdçi kimi fəaliyyətinə davam edir. Sürətli öyrənən və tez ataptasiya olmaq xarakteri Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Talıstan kəndindən başlayan, ilk dəfə gedənlər üçün bir az çətin olan marşrut. Niyə bu gölə maşınla gedilmir və bu, niyə yaxşıdır?
Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl və Tovuz — üzüm zonaları marşrutlarla eyni yolların üstündədir. Səfərə necə əlavə etmək olar.

Qalacıq, Qaranohur, Sulut, Niyaldağ, Mücü–Lahıc və Babadağ kanyonu. Azərbaycanda yürüş marşrutlarının ən sıx olduğu rayon.




Qaranohur gölü İsmayıllı rayonunun dağlıq hissəsində, sıx meşələrlə əhatələnmiş dağ gölüdür. «Nohur» sözü kiçik göl deməkdir, «qara» isə suyun tünd rəngini ifadə edir — ətrafdakı hündür ağacların kölgəsi göl səthini tünd yaşıl, bəzən qara göstərir.
Bu turun marşrutu: 7.2 km marşrut, +656 m yüksəliş, ən hündür nöqtə 1527 m.
Qaranohur gölü: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.