ZEYİD VƏ BUDUQ KƏNDLƏRİNƏ HİKİNG Bu dəfə Qubanın yüksək dağlarında yerləşən, vaxtilə dağlarından süd arxı çəkilən möhtəşəm mənzərəli qədim kəndlərini kəşf etməyə gedirik! Böyük Qafqaz dağların qoynunda yerləşən Buduq və Zeyid kəndləri, özünəməxsus evləri, qədim tarixi və möhtəşəm mənzərələri ilə bizi gözləyir. Üstəlik, ənənəvi kənd evində çay süfrəsi ətrafında dincələcəyik. ✨ Proqramda: 🏘️ Buduq və Zeyid kəndlərinin kəşfi ⛰️ Dağ yollarında yürüş və panoramik mənzərələr ☕️ Kənd evində çay süfrəsi 📸 Unudulmaz mənzərələr və yeni kəşflər
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Nurlana SüleymanovaBələdçi4.9(7 qiymətləndirmə)2 illik dağ bələdçiliyi təcrübəsi var. Fəaliyyətə Gedək Görək ilə başlamış və davam etdirir. Qış turizmində xizək üzrə də turlara rəhbərlik edir. Xizək, SUP board, qaçış, qayadırmanma və divar dırmanması üzrə də aktiv fəaliyyətləri mövcuddur. Çoxşaxəli hobbiləri və marketinqdən gələn yaradıcı tərəfi , gözəl kontentləri ilə turları zənginləşdirir.
Ruslan MəmmədovBələdçi5.0(17 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi aktSizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Hər birinin öz dili, öz yolu və öz mövsümü var. Hansı kəndə nə üçün getmək lazımdır və hansı marşrutlar oradan başlayır.

Bazardüzü, Tufandağ, Şahdağ və Xınalıq — hamısı bir parkın içindədir. Ərazi necə qurulub, hansı marşrutlar var və nəyə icazə lazımdır.

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.




Zeyid-Buduq kəndləri arası Quba bölgəsindədir. Marşrutun başlanğıcı Bakıdan düz xətt üzrə təxminən 155 km şimal-qərbdə yerləşir. Başlanğıc nöqtəsinin koordinatları: 41.1829, 48.3305.
Yürüş marşrutunun uzunluğu 4.4 km-dir, ümumi yüksəliş +157 m, marşrutun ən hündür nöqtəsi dəniz səviyyəsindən 2108 m. Çətinlik dərəcəsi: orta. Tam trek xəritəsi və GPX bu səhifədədir.
Gotabiat-da bu marşrut oktyabr aylarında təşkil olunur. Ən yaxın gediş: 25 oktyabr 2026.
Ən rahat yol bələdçili qrup turudur: marşrutu və qrupu təcrübəli bələdçi aparır, nəyin daxil olduğu tur təsvirində göstərilib. Toplanış yeri: Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı. Qiymət adambaşı 65 ₼-dan başlayır.