2 gün ərzində cəmi 34 km məsafəni əhatə edən möhtəşəm dağ trekkingi
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(3 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.
Əsgər Hiking Bələdçi5.0(2 qiymətləndirmə)Əsgər komandanın ən yeni üzvü olsa da, uzun zamandır gəzir və aktiv həyat tərzi ilə seçilir. Hikinglər, kamplar, zirvə yürüşləri, voleybol, qaçış, ölkə xaricindəki səyahətlər - hamısı ilə birlikdə enerjisi və təcrübəsi isə seçilir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Bu tur üçün ləğvetmə mümkün deyil
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Hər birinin öz dili, öz yolu və öz mövsümü var. Hansı kəndə nə üçün getmək lazımdır və hansı marşrutlar oradan başlayır.

Bazardüzü şıltaq bir zirvə deyil, amma bağışlamayan bir zirvədir. Üç günlük proqram, hündürlüyə uyğunlaşma, avadanlıq və ən çox edilən səhvlər.

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.




Mıxtökən–Laza marşrutu Şahdağ massivinin ətəyində, Laza kəndi ətrafında keçən yüksək dağ yürüşüdür. Laza Böyük Qafqazın qoynunda, sıldırım qayalar və şəlalələrlə əhatələnmiş kiçik dağ kəndidir; Şahdağ turizm kompleksinə yaxınlığı ilə də tanınır.
Bu turun marşrutu: 39.7 km marşrut, +2646 m yüksəliş, ən hündür nöqtə 2755 m.
Mıxtökən – Laza marşrutu: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.