QRIZDƏHNƏ – EH YOLU – QRIZ KƏNDİ Tarixin izlərini daşıyan qədim cığırlar, Qudyalçay kanyonunun möhtəşəm mənzərələri və dağların qoynunda yerləşən Qrız kəndi. Bu dəfə bizi sadəcə gözəl mənzərələr deyil, həm də fiziki gücümüzü sınayacağımız qədim Eh yolu gözləyir. 🌿 Təbiətə gedirik, Hava yağışlı, küləkli, yol palçıqlı ola bilər. Buna görə də uyğun geyimlə gəlirik, təbiətin şərtlərinə hörmət edirik və şikayət etmək əvəzinə yolun dadını çıxarırıq. Axı biz əsl yol adamıyıq! 💚
Gənclik metrosu ( "200 Nömrəli Tam Orta Məktəb-Lisey Kompleksi"-nin qarşısı )
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Cavid İbadzadəTəşkilatçı, Bələdçi5.0(7 qiymətləndirmə)Cavid komandanın təşkilatçılıq üzrə ən güclü qoludur. Turların koordinasiyası, tur proqramları onu digərlərindən fərqləndirən bacarığıdır. Uzun illərdir dağlara sadəcə hobbi üçün gedən Cavid, son 1 ildir ki, artıq komanda da bələdçilik ilə də məşğuldur. Qış zamanı snowboard üzrə təlimatlandırma və bələdçilik edir. Əsasən orta və uzun məsafəli yürüşlərdə iştirak edir. İntellektual oyunları, velosiped sürməyi, qaçmağı, fitnessə getməyi, dostlarıyla görüşməyi, stolüstü tennis oynamağı - hamısını eyni zamanda apara bilən nadir insanlardandır. İngilis dilini bilir.
Gülşən RzayevaBələdçi5.0(7 qiymətləndirmə)Təbiət mənim ən böyük sığınacağımdır 😍. 4 ildir ki, haykinqlə məşğulam və dağlara xüsusi bir sevgim var. Aktiv həyat tərzini sevirəm; velosiped, xizək, tennis və bilyard əsas hobbilərim arasındadır. Gündəlik iş yorğunluğundan qurtulmaq və yenidən enerji toplamaq üçün haykinq və kempinq mənim üçün əvəzolunmazdır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.

Bazardüzü, Tufandağ, Şahdağ və Xınalıq — hamısı bir parkın içindədir. Ərazi necə qurulub, hansı marşrutlar var və nəyə icazə lazımdır.

Quba yaxınlığındakı qəsəbə dünyada nadir yerlərdəndir. Dağ yəhudilərinin dili, tarixi və bu gün nə görmək olar.




Qədim Eh yolu - Qrız kəndi Quba bölgəsindədir. Marşrutun başlanğıcı Bakıdan düz xətt üzrə təxminən 160 km şimal-qərbdə yerləşir. Başlanğıc nöqtəsinin koordinatları: 41.2337, 48.2985.
Yürüş marşrutunun uzunluğu 8.2 km-dir, ümumi yüksəliş +934 m, marşrutun ən hündür nöqtəsi dəniz səviyyəsindən 2094 m. Çətinlik dərəcəsi: orta-çətin. Tam trek xəritəsi və GPX bu səhifədədir.
Ən rahat yol bələdçili qrup turudur: marşrutu və qrupu təcrübəli bələdçi aparır, nəyin daxil olduğu tur təsvirində göstərilib. Toplanış yeri: Gənclik metrosu ( "200 Nömrəli Tam Orta Məktəb-Lisey Kompleksi"-nin qarşısı ). Qiymət adambaşı 60 ₼-dan başlayır.