Bu dəfə qədim Mücü kəndindən (1140 m) başlayıb dağların qoynundan keçərək Lahıca (1220 m) gedirik! Yolda Babadağ, Niyaldağ və Fit dağı mənzərələri səni valeh edəcək 😍 ⬆️ Yüksəliş: 1030 m ⬇️ Eniş: 700 m ⚡Çətinlik: Orta–çətin Marşrut Şahdağ Milli Parkının qorunan meşələrindən, dağ çaylarından və 2000 m hündürlüyə qədər yayla yollarından keçir. Burada Lahıc və ətraf kəndlərin panoramı, eləcə də Babadağ zirvəsi (3629 m) görünür.
Gənclik metrosu ( "200 Nömrəli Tam Orta Məktəb-Lisey Kompleksi"-nin qarşısı )
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Ruslan MəmmədovBələdçi5.0(17 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi akt
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(6 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
Meşə cığırları, yayla və Babadağ mənzərəsi. Niyaldağ — bir günlük zirvə istəyənlər üçün İsmayıllının ən dolğun marşrutlarından biri.

Qalacıq, Qaranohur, Sulut, Niyaldağ, Mücü–Lahıc və Babadağ kanyonu. Azərbaycanda yürüş marşrutlarının ən sıx olduğu rayon.
Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl və Tovuz — üzüm zonaları marşrutlarla eyni yolların üstündədir. Səfərə necə əlavə etmək olar.




Mücü–Lahıc marşrutu İsmayıllı rayonunda Mücü kəndindən başlayıb tarixi Lahıc kəndinə çatan yürüşdür. Bu marşrut təbiəti və mədəniyyəti birləşdirir: meşəli yamaclar, dağ mənzərələri və sonda Azərbaycanın ən məşhur sənətkarlıq kəndi.
Bu turun marşrutu: 11.2 km marşrut, +1087 m yüksəliş, ən hündür nöqtə 1997 m.
Mücü – Lahıc marşrutu: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.