Bu turun yaxın tarixi yoxdur — Tokiəxil şəlaləsi səhifəsində digər turlara baxın.
💦 Asan, sərin və dadlı bir yürüş istəyənlər, hazırlaşın – gedirik! 🤩 Lerikin gözəl Tokiəxil şəlaləsində sizi meşə içi yürüş, sərin sularda çimmək və ləzzətli kənd yeməyi gözləyir🍃🔥 📍 Məkan: Tokiəxil, Lerik 🚶♀️ Uzunluq: 6 km (gediş-gəliş daxil) 📈 Çətinlik: Asan ⏳ Müddət: 3–4 saat
Gedək Görək - Toplanış yeri
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Nurlana SüleymanovaBələdçi5.0(4 qiymətləndirmə)2 illik dağ bələdçiliyi təcrübəsi var. Fəaliyyətə Gedək Görək ilə başlamış və davam etdirir. Qış turizmində xizək üzrə də turlara rəhbərlik edir. Xizək, SUP board, qaçış, qayadırmanma və divar dırmanması üzrə də aktiv fəaliyyətləri mövcuddur. Çoxşaxəli hobbiləri və marketinqdən gələn yaradıcı tərəfi , gözəl kontentləri ilə turları zənginləşdirir.
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(3 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
Otuz metrlik Bibiyoni, ikimərtəbəli Qələbin və ləvəngi ilə bitən Tokiəxil. Lerikin şəlalə marşrutları asandan ortaya doğru necə sıralanır?

İsmayıllının Sulut kəndindən başlayan 12 kilometrlik marşrut: 1810 metrlik zirvə, qədim qəsr qalıqları və Buzxana.

Altlıq, topuq dəstəyi, membran və ölçü. Ayaqqabı yürüşün ən vacib avadanlığıdır — və ən çox səhv edilən alışıdır.




Tokiexil şəlaləsi Lerik rayonunun Talış dağlarında, Hirkan meşələrinin əhatəsində yerləşir. Lerik bölgəsinin çoxsaylı şəlalələri arasında sakitliyi və az ziyarət edilməsi ilə seçilir — burada izdiham yox, meşənin və suyun səsi var.
Bu turun marşrutu: 6.4 km marşrut, +75 m yüksəliş, ən hündür nöqtə 685 m.
Tokiəxil şəlaləsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.