🍂 Oktyabr rənglərinin içində Astaranın gizli xəzinəsi — Şi-çır şəlaləsi! 🍁🥾 Payızın mistik atmosferində meşənin dərinliklərinə doğru hiking edirik, dağ maşınları ilə macəralı yol qət edir və Şi-çır şəlaləsini birlikdə kəşf edirik. 🌿💦 ⚠️ Qeyd: İştirakçıların vəziyyətindən asılı olaraq tur proqramında dəyişiklik ola bilər.
Gənclik Metrosunun çıxışı, Atatürk parkının qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Kamil QuliyevTəşkilatçı-BələdçiKamil | Bələdçi
Kamil 2024-cü ildən etibarən Tentastic Tour şirkətində bələdçi kimi fəaliyyət göstərir və komandamızın ən təcrübəli bələdçilərindən biri hesab olunur. İştirakçılarla səmimi münasibəti, diqqətcilliyi və tur planına qarşı məsuliyyətli yanaşması ilə seçilir.
Son iki il ərzində ölkənin 2500 metrədək yüksəklikdə yerləşən hiking cığırlarının təxminən 90%-də iştirakçılara bələdçilik edib. Bununla yanaşı, yeni marşrutların kəşfi və kəşfiyyat xarakterli səfərlərimizdə də fəal iştirak edib.
Kamil iştirakçıların təhlükəsizliyini hər zaman ön planda tutur. İlkin tibbi yardım, coğrafi biliklər, vəhşi heyvanlardan qorunma və zəhərli göbələklərin tanınması ilə bağlı təlimlər keçib.
Amma Kamilin bir başqa istedadı da var — çox dadlı dovğa bişirir! 😄 İki günlük turlarımıza qoşulsanız, bəlkə də onun hazırladığı dovğanın dadına baxmaq fürsətiniz oldu. 😉
Şahin ƏsgərliDağ bələdçisiŞahin | Bələdçi
Şahin ölkəmizdə sertifikatlı bələdçilər arasında yer alan 35 mütəxəssisdən biridir. Azərbaycan Alpinizm Federasiyasının üzvüdür və 2019-cu ildən etibarən bələdçilik fəaliyyəti ilə məşğul olur, təbiət yürüşlərində iştirak edir.
Ölkənin ən təcrübəli dağçıları ilə birgə yürüşlərdə iştirak edib, onlardan təcrübə qazanıb və müxtəlif təlimlər keçib. Bu xüsusiyyətləri onu komandamızın seçilən bələdçilərindən birinə çevirir.
Dağda plana və təhlükəsizlik qaydalarına ciddi yanaşsa da, iştirakçılarla səmimi münasibəti, gözəl yumor hissi və gülər üzü ilə seçilir.
Şahin həmçinin ölkədə keçirilən təbiət festivallarında və çoxsaylı iştirakçının qatıldığı böyük tədbirlərdə baş bələdçi kimi fəaliyyət göstərib. Bu təcrübə ona böyük qrupları idarə etmək və yürüşlərin koordinasiyasını təmin etmək bacarığı qazandırıb.
O, daha çox arxa bələdçi kimi fəaliyyət göstərir. Yürüş zamanı qrupun sonunda qalan iştirakçılara dəstək olur, onların təhlükəsizliyinə diqqət yetirir və arxa qrupun ümumi tempdən geri qalmasının qarşısını almağa çalışır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız
60 metrlik Şi, Dustaqxana və Şırhal, Avyarud, üstəlik 17.5 kilometrlik Sım–Siyov–Bəndəsər. Hansı marşrut sizin ayağınıza uyğundur?
Astaranın Digoli kəndindən dağ maşını ilə kamp ərazisinə. Mənzərəsi ilə seçilən bu kampda gecə nə gözləyir?



Şiçır şəlaləsi Astara rayonunun meşəli dağ ərazisində yerləşir. Ad yerli dildə müxtəlif formalarda yazılır — «Şiçır», «Şi-çır» — amma yürüşçülər arasında hamısı eyni yeri bildirir.
Bu turun marşrutu: 5.7 km marşrut, +726 m yüksəliş, ən hündür nöqtə 1118 m.
Şiçır şəlaləsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.