7 və 8 Noyabr (fərqli günlərdə) - Xarıbülbül yüksəkliyi 2783m 🇦🇿 Bizi azad zirvələrə qovuşduran qəhrəmanlarımızı unutmuruq. Bu yürüş 2-ci Qarabağ müharibəsində dastan yazan bütün şəhidlərimizin ruhuna ehtiram duruşumuzdur. Xınalıq kəndindən başlayacaq marşrutumuz boyunca "Xarıbülbül yüksəkliyi"nə qalxacaq, zirvə ziyarətindən sonra isə başladığımız nöqtəyə — Xınalıq kəndinə geri dönəcəyik. 📞 Qeydiyyat və ətraflı məlumat üçün : (+994) 51 399 98 69 (WhatsApp, zəng) Qeyd 1. Qeydiyyatdan keçib ödəniş etdikdən sonra yürüyüşdən imtina olunarsa, ödəniş geri qaytarılmır. Spirtli içki qadağandır! Qeyd 2. Tur bələdçisi hava şərtləri, ictimai hadisələr və hər cür fövqaladə hadisələr qarşısında, tur proqramında dəyişiklik və ya ləğv etmə haqqına malikdir (ödəniş geri qaytarılır).
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 3 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Bazardüzü, Tufandağ, Şahdağ və Xınalıq — hamısı bir parkın içindədir. Ərazi necə qurulub, hansı marşrutlar var və nəyə icazə lazımdır.

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.

Quba yaxınlığındakı qəsəbə dünyada nadir yerlərdəndir. Dağ yəhudilərinin dili, tarixi və bu gün nə görmək olar.




Xarıbülbül zirvəsi Quba rayonunun dağlıq hissəsində, Böyük Qafqazın şimal yamaclarında yerləşir. Yürüşçülər arasında bu yer həm də «Şəhidlər yüksəkliyi» adı ilə tanınır. Zirvə adını Qarabağın simvolu olan xarıbülbül çiçəyindən alıb.
Bu turun marşrutu: 9.9 km marşrut, +666 m yüksəliş, ən hündür nöqtə 2810 m.
Xarıbülbül zirvəsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.