2783 m-Şəhidlər yüksəkliyi (Xarıbülbül yüksəkliyi)” 2-ci Qarabağ müharibəsində canından keçmiş bütün şəhidlərimizə ithafən ucaldılmışdır. Qeyd edək ki, 2783 sayı simvolik hesab edilir. Adı çəkilən yüksəklik bütün Şəhidlərimizin əziz xatirəsinə həsr olunur. Yürüşə Xınalıq kəndindən başlayıb "Xarı bülbül yüksəkliyi"-nə qalxacağıq. Geri dönüşdə yenidən Xınalıq kəndinə qayıdacağıq. Daha ətraflı aşağıda: _____________________ 06:15 - Toplanış 06:30 - 09:30 Bakı– Quba 09:30 - 11:30 – Quba – Xınalıq kəndi 11:30 - 16:00- Xınalıq kəndi - 2783 m yüksəklik (bu saat aralığında nahar fasiləsi) 16:00 - 17:30– 2783 m - Xınalıq kəndi 17:30 - 18:30 - Xınalıq kəndi - Quba 18:30 - 19:30 Quba yolunda çay fasiləsi 19:30 - 22:30 - Quba - Bakı Qeyd: Qida və su ehtiyyatınızı özünüzlə gətirməyiniz xahiş olunur. Ödəniş forması tur rəhbəri ilə əlaqə saxlanıldıqda və qeydiyyatdan keçdikdə göndərilir. İştirakçı sayı limitlidir. İlkin müraciət edənlər qeydə alınacaq.
20 Yanvar metrosunun çıxışı, Bravo Hipermarketin qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Elşad UsubovTəşkilatçı, BələdçiElşad komandanın əsas dayaqlarından və aparıcı üzvlərindəndir. Artıq 3 ildir ki, komandamızla birgə addımlayır, təbiətlə olan dostluğu isə 5 ildən çoxdur davam edir. Bu müddətdə ölkə ərazisinin 60%-dən çoxunu gəzib-dolaşaraq bir çox mühüm və çətin zirvələri fəth edib.
Təşkilatçılıq bacarığı, turların planlanması və komandanı bir araya gətirmək enerjisi ilə seçilən Elşad, eyni zamanda komandanın rəqəmsal marketinq, reklam strategiyaları və analitika işlərini peşəkarlıqla idarə edir. Hiking, kamp, zirvə yürüşləri və aktiv həyat tərzini özündə birləşdirərək həm təbiətdəki zəngin təcrübəsi, həm də pərdəarxası rəqəmsal fəaliyyəti ilə brendin inkişafında müstəsna rol oynayır.
Mina ƏliyevaAlpinist, Təşkilatçı5.0(1 qiymətləndirmə)Mina komandanın həmtəsisçilərindən (co-founder) və əsas təşkilatçılarından biridir. Səyahət və dağçılıq sahəsində böyük təcrübəyə malik olan Mina, ölkə xaricində bir çox möhtəşəm ekspedisiyalarda iştirak edərək Elbrus, Kazbek, Kilimancaro və Ağrı dağı kimi məşhur 5 minlik zirvələri fəth edib. Təşkilatçılıq bacarığı, zəngin dağçılıq təcrübəsi və yüksək motivasiyası ilə həm komandanın inkişafında, həm də mürəkkəb turların yüksək səviyyədə həyata keçirilməsində müstəsna rola sahibdir.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Bazardüzü, Tufandağ, Şahdağ və Xınalıq — hamısı bir parkın içindədir. Ərazi necə qurulub, hansı marşrutlar var və nəyə icazə lazımdır.

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.

Quba yaxınlığındakı qəsəbə dünyada nadir yerlərdəndir. Dağ yəhudilərinin dili, tarixi və bu gün nə görmək olar.




Xarıbülbül zirvəsi Quba rayonunun dağlıq hissəsində, Böyük Qafqazın şimal yamaclarında yerləşir. Yürüşçülər arasında bu yer həm də «Şəhidlər yüksəkliyi» adı ilə tanınır. Zirvə adını Qarabağın simvolu olan xarıbülbül çiçəyindən alıb.
Bu turun marşrutu: 9.9 km marşrut, +666 m yüksəliş, ən hündür nöqtə 2810 m.
Xarıbülbül zirvəsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.