⛰️ Buduq – Sohub qalası yürüşü Qədim tarixin izləri ilə dağların əzəmətini birləşdirən möhtəşəm marşruta yollanırıq! 🏔️ Bu yürüşdə bizi Buduq kəndinin özünəməxsus atmosferi, füsunkar dağ mənzərələri və 1700 metr hündürlükdə yerləşən, 4-6-cı əsrlərdə əsası qoyulmuş tarixi Söhüb qalası gözləyir. Təbiətin qoynunda yeni yerlər kəşf etmək və unudulmaz xatirələr toplamaq üçün bizə qoşul! 🌿
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Ruslan MəmmədovBələdçi5.0(17 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi akt
Fatimə HəsənovaBələdçi5.0(6 qiymətləndirmə)Fatimə gənc əməkdaşımızdır, Gedək-Görək ilə 2 ildir dağ yollarında, kamplarda gəzən Fatimənin potensialı gözümüzdən qaçmadı və hazırda köməkçi bələdçi, bələdçi kimi fəaliyyətinə davam edir. Sürətli öyrənən və tez ataptasiya olmaq xarakteri Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Hər birinin öz dili, öz yolu və öz mövsümü var. Hansı kəndə nə üçün getmək lazımdır və hansı marşrutlar oradan başlayır.

Bazardüzü, Tufandağ, Şahdağ və Xınalıq — hamısı bir parkın içindədir. Ərazi necə qurulub, hansı marşrutlar var və nəyə icazə lazımdır.

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.




Buduq-Söhüb qalası Quba bölgəsindədir. Marşrutun başlanğıcı Bakıdan düz xətt üzrə təxminən 155 km şimal-qərbdə yerləşir. Başlanğıc nöqtəsinin koordinatları: 41.1815, 48.3693.
Yürüş marşrutunun uzunluğu 5.7 km-dir, ümumi yüksəliş +559 m, marşrutun ən hündür nöqtəsi dəniz səviyyəsindən 1948 m. Çətinlik dərəcəsi: orta. Tam trek xəritəsi və GPX bu səhifədədir.
Gotabiat-da bu marşrut noyabr aylarında təşkil olunur. Ən yaxın gediş: 15 noyabr 2026.
Ən rahat yol bələdçili qrup turudur: marşrutu və qrupu təcrübəli bələdçi aparır, nəyin daxil olduğu tur təsvirində göstərilib. Toplanış yeri: Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı. Qiymət adambaşı 65 ₼-dan başlayır.