🥾 Macəra dolu dağ yolları, möhtəşəm dağ mənzərələri və təbiətin gözəlliyi – Qalaxudat–Qrız hiking turuna gedirik 💪✨ 📅 Tarix: 5 iyul 🚶♀️ Marşrut: Qalaxudat kəndindən Qrız kəndinə 📈 Çətinlik: Orta–çətin 📏 Məsafə: 12 km
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Ruslan MəmmədovBələdçi5.0(8 qiymətləndirmə)Ruslan Məmmədov ixtisasca IT Biznes analitika sahəsində çalışsa da, dağ təcrübəsi və sevgisi onu həm də bələdçiliklə birləşdirir. 5 ildən çoxdur ki, dağlarda, yürüş cığırlarındadır. Əlavə olaraq qaçış, formula 1 yarışlarında Marşal kimi aktiv həyat tərzi ilə də seçilir. İlkin yardım üzrə təlim keçib. İngilis dilini bilir.
Rəna CəlilovaAlpinist, Bələdçi5.0(3 qiymətləndirmə)Rəna Cəlilova ən gənc bələdçilərimizdən biri olsa da, dağçılıq və alpinizm sahəsində kifayət qədər təcrübəlidir. Uşaqlıqdan atası ilə birlikdə dağları və meşələri gəzən Rəna 17–18 yaşlarından alpinizmlə ciddi məşğul olmağa başlayıb və Bazardüzü kimi bir çox yüksək zirvələrdə olub. Artıq 2 ildən çoxdur ki, qayadırmanma və idman dırmanması ilə peşəkar şəkildə məşğuldur. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyasının hakimi olaraq çempionat və yarışlarda hakim kimi fəaliyyət göstərir. İngilis və Çin dillərini bilməsi isə onun beynəlxalq turistlərlə işləməsində üstünlük yaradır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Very yaxşı guide. Bro knows the mountains better than Google Maps😂🏔️
Amma qrup olaraq qeydiyyatdan keçə bilərsiniz — istədiyiniz tarixə turun təşkili üçün ən azı 10 nəfər olmalıdır.
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Siqnal yoxdursa naviqasiya, kömək çağırışı və qrupla əlaqə necə qurulur. Oflayn xəritədən peyk mesajına qədər real variantlar.

Quba yaxınlığındakı qəsəbə dünyada nadir yerlərdəndir. Dağ yəhudilərinin dili, tarixi və bu gün nə görmək olar.

Xınalıqdan Atəşgaha, oradan düşərgəyə 2.2 km, səhər isə 814 metrlik yoxuş. İlk çadırlı zirvə təcrübəsi üçün ən balanslı marşrutlardan biri.




Qurqur şəlaləsi Quba rayonunun meşəli dağ ərazisində yerləşir və Azərbaycanın ən çox ziyarət edilən şəlalələrindən biridir. Adı suyun gur, gurultulu səsindən gəlir — şəlaləyə yaxınlaşdıqca səsi meşənin içində uzaqdan eşidilir.
Bu turun marşrutu: 9.7 km marşrut, +426 m yüksəliş, ən hündür nöqtə 2201 m.
Gur Gur şəlaləsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.