Bu dəfə 2783 metr yüksəklikdə yerləşən Xarıbülbül yüksəkliyinə doğru yola çıxırıq! 💚 Bizi möhtəşəm dağ mənzərələri, təmiz hava və öz gücünü sınayacağın bir macəra gözləyir. 📅 Tur tarixləri: 7 və 8 noyabr 🗺️ Marşrut: Bakı – Quba – Xınalıq – Xarıbülbül yüksəkliyi 🥾 Yürüş məsafəsi: Təxminən 9 km (gediş-gəliş) ⚡ Çətinlik dərəcəsi: Orta 💰 Qiymət: 55 AZN
Xınalıq kəndinə çatış , foto fasilə və hazırlıq
Gənclik Metrosunun çıxışı, Atatürk parkının qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Kamil QuliyevTəşkilatçı-Bələdçi**Kamil | Bələdçi**
Kamil 2024-cü ildən etibarən Tentastic Tour şirkətində bələdçi kimi fəaliyyət göstərir və komandamızın ən təcrübəli bələdçilərindən biri hesab olunur. İştirakçılarla səmimi münasibəti, diqqətcilliyi və tur planına qarşı məsuliyyətli yanaşması ilə seçilir.
Son iki il ərzində ölkənin 2500 metrədək yüksəklikdə yerləşən hiking cığırlarının təxminən 90%-də iştirakçılara bələdçilik edib. Bununla yanaşı, yeni marşrutların kəşfi və kəşfiyyat xarakterli səfərlərimizdə də fəal iştirak edib.
Kamil iştirakçıların təhlükəsizliyini hər zaman ön planda tutur. İlkin tibbi yardım, coğrafi biliklər, vəhşi heyvanlardan qorunma və zəhərli göbələklərin tanınması ilə bağlı təlimlər keçib.
Amma Kamilin bir başqa istedadı da var — **çox dadlı dovğa bişirir!** 😄 İki günlük turlarımıza qoşulsanız, bəlkə də onun hazırladığı dovğanın dadına baxmaq fürsətiniz oldu. 😉
Şahin ƏsgərovDağ bələdçisi**Şahin | Bələdçi**
Şahin ölkəmizdə sertifikatlı bələdçilər arasında yer alan 35 mütəxəssisdən biridir. Azərbaycan Alpinizm Federasiyasının üzvüdür və 2019-cu ildən etibarən bələdçilik fəaliyyəti ilə məşğul olur, təbiət yürüşlərində iştirak edir.
Ölkənin ən təcrübəli dağçıları ilə birgə yürüşlərdə iştirak edib, onlardan təcrübə qazanıb və müxtəlif təlimlər keçib. Bu xüsusiyyətləri onu komandamızın seçilən bələdçilərindən birinə çevirir.
Dağda plana və təhlükəsizlik qaydalarına ciddi yanaşsa da, iştirakçılarla səmimi münasibəti, gözəl yumor hissi və gülər üzü ilə seçilir.
Şahin həmçinin ölkədə keçirilən təbiət festivallarında və çoxsaylı iştirakçının qatıldığı böyük tədbirlərdə baş bələdçi kimi fəaliyyət göstərib. Bu təcrübə ona böyük qrupları idarə etmək və yürüşlərin koordinasiyasını təmin etmək bacarığı qazandırıb.
O, daha çox arxa bələdçi kimi fəaliyyət göstərir. Yürüş zamanı qrupun sonunda qalan iştirakçılara dəstək olur, onların təhlükəsizliyinə diqqət yetirir və arxa qrupun ümumi tempdən geri qalmasının qarşısını almağa çalışır.Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.
Marşrut, mövsüm və hazırlıq barədə ətraflı yazılarımız

Bazardüzü, Tufandağ, Şahdağ və Xınalıq — hamısı bir parkın içindədir. Ərazi necə qurulub, hansı marşrutlar var və nəyə icazə lazımdır.

Xınalıq təkcə yüksək kənd deyil — ətrafındakı mövsümi köç yolu ilə birlikdə bir mədəni landşaftdır. Nə görmək olar və nə vaxt getmək lazımdır.

Quba yaxınlığındakı qəsəbə dünyada nadir yerlərdəndir. Dağ yəhudilərinin dili, tarixi və bu gün nə görmək olar.




Xarıbülbül zirvəsi Quba rayonunun dağlıq hissəsində, Böyük Qafqazın şimal yamaclarında yerləşir. Yürüşçülər arasında bu yer həm də «Şəhidlər yüksəkliyi» adı ilə tanınır. Zirvə adını Qarabağın simvolu olan xarıbülbül çiçəyindən alıb.
Bu turun marşrutu: 8.8 km marşrut, +827 m yüksəliş, ən hündür nöqtə 2808 m.
Xarıbülbül zirvəsi: ətraflı məlumat və bütün turlarTarixi, mövsüm, hazırlıq, hava və təşkilatçıların müqayisəsi.