
**Şahin | Bələdçi** Şahin ölkəmizdə sertifikatlı bələdçilər arasında yer alan 35 mütəxəssisdən biridir. Azərbaycan Alpinizm Federasiyasının üzvüdür və 2019-cu ildən etibarən bələdçilik fəaliyyəti ilə məşğul olur, təbiət yürüşlərində iştirak edir. Ölkənin ən təcrübəli dağçıları ilə birgə yürüşlərdə iştirak edib, onlardan təcrübə qazanıb və müxtəlif təlimlər keçib. Bu xüsusiyyətləri onu komandamızın seçilən bələdçilərindən birinə çevirir. Dağda plana və təhlükəsizlik qaydalarına ciddi yanaşsa da, iştirakçılarla səmimi münasibəti, gözəl yumor hissi və gülər üzü ilə seçilir. Şahin həmçinin ölkədə keçirilən təbiət festivallarında və çoxsaylı iştirakçının qatıldığı böyük tədbirlərdə baş bələdçi kimi fəaliyyət göstərib. Bu təcrübə ona böyük qrupları idarə etmək və yürüşlərin koordinasiyasını təmin etmək bacarığı qazandırıb. O, daha çox arxa bələdçi kimi fəaliyyət göstərir. Yürüş zamanı qrupun sonunda qalan iştirakçılara dəstək olur, onların təhlükəsizliyinə diqqət yetirir və arxa qrupun ümumi tempdən geri qalmasının qarşısını almağa çalışır.
Hələ rəy yoxdur.