Sizə tam fərqli konseptlə Əmbil turu hazırlamışıq. 🤩 Ətrafı sıx meşə ilə əhatələnmiş, sükut içində gizlənən Əmbil gölünə gedirik amma sıradan bir hiking olmayacaq. 🔥 SUP Azerbaijan ilə birlikdə sizin üçün göldə SUP təcrübəsi yaşadacağıq. Professional təlimçi və SUP'lər ilə gölü tam fərqli formada görə biləcəksiniz 🏄♀️ (istəməyənlər sadəcə hiking edəcək) ✔️ Önəmli qeyd: SUP 3 ədəd olacaq və növbələşmə ilə sürüləcək. Hər kəs üçün ayrıca SUP gətirilməsi fiziki olaraq mümkün deyil.
Gənclik metrosunun çıxışı (Caspian shopping center)-in qarşısı
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Tur mükəmməl idi. İçində bu tərz bir fəaliyyətin olması turu ekstra maraqlı və əyləncəli etmişdi. Bu sayədə ilk dəfə SUP yoxladım və mütləqki təkrarlayacağam. Növbəti turlarda da bu kimi fərqli aktivitelər görmək istərdim. Təşkilatçılıq əla!! Bələdçilər və SUP təlimçilərinə səmimi ortam üçün təşəkkürlər.
Əmbil gölündə keçirdiyimiz bu tur həqiqətən unudulmaz oldu! "Gedək görək" komandası ilə artıq 2-ci tədbirimizdir və təşkilatçılıq yenə də gözləntilərimizi tam doğrultdur. Açıq deyim, fərqli qruplarla çoxlu tədbirlərdə olmuşam, amma bu komandanın işinə yanaşması xüsusilə fərqlənir. Dəqiq vaxt idarəetməsi (time management), rahat nəqliyyat, bələdçilərin peşəkar idarəçiliyi və ən əsası - öncədən vəd edilən hər bir detalın eksiksiz riayət olunması yüksək qiymətə layiqdir. Əmbil gölündəki hiking yürüşümüz və ardınca yaşadığımız SUP sürmə təcrübəsi həm çox maraqlı, həm də olduqca əyləncəli keçdi. Bizə bu möhtəşəm günü bəxş etdiklərinə görə "Gedək görək" heyətinə və dəstəyinə görə SUP Azerbaijan-a dərin təşəkkürümü bildirirəm. Peşəkar komanda ilə səyahət etmək istəyənlərə tərəddüdsüz tövsiyə edirəm! 🌲🏄♂️
Mən ilk dəfə qoşulurdum, amma hədsiz çox bəyəndim. Əsl şəhərin səs-küyündən uzaqda bir vaxt keçirdim. Az musiqi, bol təbiətin səsi. Turun kiçik qrup halında olması, hər kəsin tez bir-birinə qaynayıb qarışması, Tur rəhbərlərinin mehribançılığı, rahat yol nəqliyyatı, möhtəşəm SUP təlimçiləri ... hamısını çox sevdim. Davamlı olsun🥰🫶Gəlin Gedək Görək ruhumuzu dincəldək🫠
Tam geri ödəmə üçün 2 gün əvvələ qədər ləğv edin
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.



