Gotabiat
Bütün yazılar
#Ağsu#Şəlalə#Başlanğıc#Ailəvi

Dilman şəlaləsi: ilk yürüşün üçün ən yumşaq başlanğıc

12.08.20262 dəq oxuGotabiat
Dilman şəlaləsi: ilk yürüşün üçün ən yumşaq başlanğıc

Hər kəsin ilk yürüşü var və çoxu üçün o, sonuncu da olur — çünki səhv marşrutla başlayırlar. 15 kilometrlik, 1000 metr yüksəlişli bir marşrutdan sonra "dağ mənlik deyil" qənaətinə gəlmək asandır.

Dilman bunun əksidir.

Rəqəmlər

  • Məsafə: 4 km
  • Çətinlik: asan
  • Toplanış: 06:40, kəndə çatış: 09:30
  • Şəlaləyə çatma: təxminən 14:00 (fasilələrlə birlikdə)

Ağsu, Dilman şəlaləsi

Kimlər üçün

  • Heç vaxt hikinq etməmişlər
  • 7 yaşdan yuxarı uşaqlı ailələr
  • Uzun fasilədən sonra yenidən başlayanlar
  • Yaşlı valideynlərini təbiətə çıxarmaq istəyənlər

İlk yürüşdə edilən ən çox üç səhv

1. Yeni ayaqqabı. Mağazadan yeni alınmış ayaqqabı ilk 4 kilometrdə su qabarcığı verir. Turdan bir həftə əvvəl onunla şəhərdə gəzin.

2. Cins şalvar. Nəm çəkir, quruMUR, hərəkəti məhdudlaşdırır. İdman şalvarı və ya trekking şalvarı istənilən qiymət kateqoriyasında daha yaxşıdır.

3. Az su. "4 km-dir, nə olacaq ki" — yayda 4 km-də də 1.5 litr su gedir.

Sonrakı addımlar

Dilman rahat keçdisə, çətinliyi tədricən artırın:

  1. Lerik, Tokiəxil şəlaləsi — 6 km, asan
  2. Şabran, Əmbil gölü — meşə hikingi, orta
  3. Xızı, Bəybəyim dağı — 10 km, ilk zirvə hissi

Çanta üçün: İlk yürüşün üçün çanta siyahısı.

Yürüşdə məqsəd şəlalə deyil. Məqsəd — evə qayıdanda "növbəti həftəsonu hara gedirik?" deyə soruşmaqdır.

Oxuduğunuzu yaşamağa hazırsınız? Yaxın tarixlərdəki gedişlərə baxın.

Turlara bax

Bunları da oxuyun