Gotabiat
Bütün yazılar
#Geyim#Hazırlıq#Təhlükəsizlik

Qat-qat geyinmə: dağda niyə bir qalın gödəkçə üç nazik qatdan pisdir

12.08.20262 dəq oxuGotabiat
Qat-qat geyinmə: dağda niyə bir qalın gödəkçə üç nazik qatdan pisdir

Dağda soyuqlamağın ən çox rast gəlinən yolu üşümək deyil — tərləyib sonra dayanmaqdır. Qat sistemi məhz bunun həllidir.

Üç qat

1. Alt qat — nəmi bədəndən uzaqlaşdırır.
Sintetik (polyester) və ya merino yun. Bədənə yaxın olmalıdır.
Pambıq köynək olmaz. Pambıq tər çəkir və saxlayır; nəm pambıq bədəni soyudur. "Yürüşdə pambıq öldürür" ifadəsi mübaliğə deyil.

2. Orta qat — istilik saxlayır.
Flis, polar və ya yüngül puxovik. Bunun vəzifəsi bədən istiliyini tutmaqdır.

3. Üst qat — külək və yağışdan qoruyur.
Nazik, küləkkeçirməz, mümkünsə su keçirməyən gödəkçə. Ağır olmasına ehtiyac yoxdur.

Sistemin əsas qaydası: yoxuşdan əvvəl soyunun

Yoxuşa başlayanda bir qat çıxarın. Bir neçə dəqiqədən sonra isinəcəksiniz. Tərləməmək — sistemin bütün məqsədidir.

Zirvədə və ya fasilədə dayanan kimi dərhal qat geyinin. Beş dəqiqə gecikmə soyuqlamaq üçün kifayətdir.

Aşağı hissə

Cins şalvar dağ geyimi deyil: ağırdır, nəm çəkir, quruMUR, hərəkəti məhdudlaşdırır. Trekking şalvarı və ya nazik idman şalvarı hər cəhətdən yaxşıdır.

Yazda və payızda əlavə: nazik yağış şalvarı — çantada 200 qram tutur, yağış düşəndə isə günü xilas edir.

Aksesuarlar

  • Papaq: istiliyin böyük hissəsi başdan gedir
  • Boyunluq (buff): çoxfunksiyalıdır — boyun, papaq, toz maskası
  • Əlcək: yüksək zirvələrdə yayda da lazımdır

Bir günlük marşrut üçün minimum dəst

| Mövsüm | Alt | Orta | Üst |
|---|---|---|---|
| Yay, aşağı hündürlük | sintetik köynək | nazik flis (çantada) | küləkkeçirməz (çantada) |
| Yaz/payız | uzunqol sintetik | flis | membranlı gödəkçə |
| Zirvə (3000 m+) | termo alt | qalın flis + puxovik | sərt qabıq gödəkçə |

Zirvə marşrutları üçün: Yüksəklik xəstəliyi8 həftəlik hazırlıq planı.

Oxuduğunuzu yaşamağa hazırsınız? Yaxın tarixlərdəki gedişlərə baxın.

Turlara bax

Bunları da oxuyun